Modern.az

Paşinyan Sarkisyanın kürəkənini həbs etdirmək İSTƏYİR

Paşinyan Sarkisyanın kürəkənini həbs etdirmək İSTƏYİR

Dünya

22 Aprel 2020, 17:33

Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Saerj Sarkisyanın kürəkəni Mikael Minsayan axtarışa veriləcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Minsayanın vəkili Miqran Poqosyan müdafiə etdiyi şəxsə 2 maddə üzrə axtarışa verildiyini əlavə edib.

 

 

İlk epizod onun qanunsuz yollarla varlanması və çirkli pulların yuyulması ilə bağlıdır.

 

“Səfir Minasyan Ermənistanda olmayanda onun köməkçisi 2 bank hesabına pul köçürüb. Sonradan, Minasyan həmin pulları İtaliyada bankdan çıxarıb”.

 

 

Miqran Poqosyan Mikael Minasyanın həbsi barədə müraciətin məhkəməyə göndərildiyi bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!