Modern.az

“Yenidənqurma” niyə yarımçıq qaldı? – Qorbaçov səbəbləri AÇIQLADI

“Yenidənqurma” niyə yarımçıq qaldı? – Qorbaçov səbəbləri AÇIQLADI

23 Aprel 2020, 15:55

SSRİ-nin sonuncu rəhbərti Mixail Qorbaçov “yenidənqurma” siyasətinin 1991-ci ildə uğursuzluqla bitməsinin səbəblərindən danışıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o bu uğursuzluqda 1991-ci ilin avqustunda “QKÇP” qiyamını (SSRİ-də Föqvəladə Vəziyyət üzrə Dövlət Komitəsi) təqsirli bilib.

 

“1991-ci ildə “yenidənqurma”nın yarımçıq qalması “QKÇP” qiyamçılarının fəaliyyətinə görə oldu”.

O, SSRİ-nin dağılmasını istəyən qüvvələrin “QKÇP”yə dəstək verdiyini əlavə edib.

 

1991-ci il avqustun 18-dən 19-na keçən gecə Rusiya ilə müttəfiq respublikalar arasında yeni müqavilənin şərtlərindən narazı qalan Sovet İttifaqının bəzi hərbi və siyasi rəhbərləri Mixail Qorbaçovu hakimiyyətdən salmaq üçün çevriliş cəhdi etmişdilər. Həmin cəhd tarixdə "QKÇP qiyamı" kimi qalıb. 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır