Modern.az

Saakaşvili yeni vəzifəsindən DANIŞDI: “Heç kəs ümid etməsin ki...”

Saakaşvili yeni vəzifəsindən DANIŞDI: “Heç kəs ümid etməsin ki...”

Dünya

23 Aprel 2020, 16:15

Gürcüstanin sabiq prezidenti, Ukrayna prezidenti Vladimir Zelenskinin baş nazirin müavini postunu təklif etdiyi Mixail Saakaşvili açıqlama verib.

Modern.az xəbər verir ki, Ukrayna televiziyasındakı tok-şoulardan birinə qatılan siyasətçi yeni posta özü ilə Odessa vilayətində qubernator olduğu zamanlardakı kimi gürcü əsilli komanda gətirməyəciyini deyib.

 

“Düşünürəm ki, burada öz yerini və təyinatını tapa biləcək kifayət qədər ukraynalı var. Radada nə qədər maraqlı deputatların oturduğunu bilirsiniz?”.

 

Saakaşvili Pyotr Poroşenko ilə olduğu kimi Vladimir Zelenski ilə də yola getməyəcəyi barədə ittihamları isə rədd edib.

“Heç kəs ümid etməsin ki, mən Zelenskinin üstünə gedəcəm. Bu ehtimal çox gülməlidir”.

 

Xatırladaq ki, aprelin 22-də Vladimir Zelenski Mixail Saakaşvilini baş nazirin islahatlar üzrə müavini postuna dəvət edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!