Modern.az

Şotlandiya alimlərinin BƏDBİN PROQNOZU: “Koronavirus insan ömrünü 10 il qısaldır”

Şotlandiya alimlərinin BƏDBİN PROQNOZU: “Koronavirus insan ömrünü 10 il qısaldır”

Dünya

24 Aprel 2020, 11:41

Şotlandiyanın Edniburq və Qlazqo Universitetlərinin araşdırmaçıları və Şotlandiya Milli Səhiyyə Xidmətinin birgə araşdırması nəticəsində koronavirusun insan ömrünü 10 il azaltdığı müəyyən olunub.

 

Modern.az xəbər verir ki, bu barədə “Welcome Open Research” saytında dərc olunmuş ortaq hesabatda deyilir.

 

Alimlər Ümumdünya Səhiyyə Təşkilatının müxtəlif xəstəliklərə görə insanların itirdikləri illəri hesablayan xüsusi cədvəli etalon olaraq götürüblər.

Bundan başqa, İtaliyada koronavirusdan ölüm halları və Böyük Britaniyada gözlənilən orta ömür uzunluğu da statistikaya daxil edilib.

 

 

Araşdırmanın nəticəsinə görə, kişilər infeksiyaya görə ortlama 13 il, qadınlar isə 11 il itiriblər.

“COVİD-19-dan ölən insanların itirdikləri illərlə, ürəyin işemik xəstəliyi yaxud pnevmoniyadan əziyyət çəkən insanların itirdikləri illər arasında mütənasbilik var”.

 

Hazırda dünyada 2,7 milyondan çox COVİD19 xəstəsi var. 191 min insan virusdan ölüb, 750 min nəfərdən çox insan isə sağalıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür