Modern.az

Rusiya vətəndaşlığını almaq asanlaşacaq - Putin sərəncam verdi

Rusiya vətəndaşlığını almaq asanlaşacaq - Putin sərəncam verdi

Dünya

24 Aprel 2020, 16:57

Rusiya prezidenti Vladimir Putin “Rusiya Feredasiyasının Vətəndaşlığı Haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

 

Modern.az xəbər verir ki, dəyişikliklər Rusuya vətəndaşlığını alma prosedurunu sadələşdirir.

 

Yeni normaya görə, Rusiya ərazisində daimi yaşayan əcnəbilərə pasport almaq üçün öz ölkələrinin vətəndaşlığından çıxdıqlarını təsdiqləmək tələb olunmayacaq.

 

Qanun Rusiya vətəndaşlığını almaq üçün Azərbaycan pasportundan imtina etmək məcburiyyətində olan yüzminlərlə soydaşımız üçün də aktualdır.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı