Modern.az

Ərəblər Marsda çiyələk və pomidor əkməyi planlaşdırırlar

Ərəblər Marsda çiyələk və pomidor əkməyi planlaşdırırlar

Dünya

26 Aprel 2020, 14:51

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mütəxəssisləri Marsda xurma palmaları, kahı, pomidor və çiyələk əkməyi planlaşdırırlar.

 

Modern.az Britaniya mətbuatına istinadla xəbər verir ki, BƏƏ hökuməti bitkilərin əkilməsi üçün təxminən 5,5 milyard dollar xərcləmək niyyətindədir.

 

Alimlər onların ölkəsinin “qırmızı planet”lə oxşarlığını qeyd edirlər. Bunu əsas gətirən mütəxəssislər Marsın xurma, çiyələk və pomidor yetişdirilməsi üçün əlverişli olmasına inanırlar.

 

Yaxın vaxtlarda alimlər “qırmızı planet”də su tapmaq və onu mühitinin xüsusiyyətləri barədə daha çox öyrənmək fikrindədirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə