Modern.az

Pandemiya sonrası REALLIQ: Sürətli iqtisadi artım, bahalı neft...

Pandemiya sonrası REALLIQ: Sürətli iqtisadi artım, bahalı neft...

İqtisadiyyat

27 Aprel 2020, 17:50

Pandemiya dövründə iqtisadi çətinliklərin yaranması fiziki maneələrin – insanların karantində qalmaq səbəbilə işləyə, istehsal edə bilməməsi, istehlakın azalması ilə bağlıdır.

 

Amma XX əsdə baş verəın “İspan qripi” ilə bağlı tədbirlər karantinin daha uzun müddət qaldığı yerlərdə karantinsonrası iqtisadi aktivlik süərtli sıçrayış edir.

 

Qlobal pandemiya iqtisadi çətinliklər yaratsa da, uzaqgörən iqtisadçılar üçün gözlənilməz hadisə olmadı. Hələ, 2009-cu ildə Dünya Bankı qripdən dəyəcək iqtisadi zərərin miqdarını 800 milyard dollar səviyyəsində dəyərləndirirdi.

 

 

İqtisadçılar, hökumət nümayəndələri və maliyyəçilər quş və donuz qripinin yayılmasını diqqətlə izləyirdilər. 1918-1919-cu illərdə 50 milyona qədər insanın həyatına son qoyan “İspan qripi” bu baxlmdan daha geniş tətqiq olunur.

 

Tarixin ən ağır pandemiyasının iqtisadi nəticələri amma çox ağır olmamışdı. 2006-cı ildə Beynəlxalq Valyuta Fondu “ispanka”nın iqtisadi fəallığı azaltsa da, tezliklə problemin həll olunduğunu yazmışdı.

 

 

İqtisadiyyatın inkişafı üçün real maneələr olduğu üçün iqtisadi zəncir qırılmış, fəallıq azalmış və investisiyalar isə dondurulmuşdu. Amma pandemiya sonrası əhalinin və biznesin aktivliyi bərpa olmuş, iqtisadiyyat sürətlə əvvəlki vəziyyətinə dönmüşdü.

 

Karantinə görə, insanların iş və alıcılıq fəallığının aşağı düşməsi iqtisadi böhranın əsas mənbəyi sayılır. 2020-ci il martın 30-u üçün dünya əhalisinin 40%-i yaxud 3,38 milyard nəfəri karantində saxlanılır.

 

 

Artıq koronavirus pandemiyasının bitməsindən sonra dünya iqtisadiyyatının nümayiş etdirəcəyi inkişaf müzakirə olunur.

Moodys`s agentliyi 2020-ci ilin ikinci yarısında dünya iqtisadiyyatının bərpa olmağa başlayacağını gözləyir. Agentlik neftin orta qiymətinin 2020-ci il üçün 40-45 dollar, qarşıdakı aylarda isə 50-70 dollara çatacağını proqnozlaşdırır. Əsas amil pandemiyanın bitəcəyi vaxtadan asılı olacaq.

 

 

Təkcə Çində yanvar-fevral aylarında illik sənaye istehsalı 13,5% azalmışdı. Amma martın 28-də pandemiya təhlükəsinin sona çatdığı zaman Çində istehsal müəssisələrinin 98,6%-i artıma keçdi. Goldman Sachs isə 2020-ci ildə dünyada Ümumi Daxili Məhsul istehsalının 1% geriləcəyini proqnozlaşdırır. İlin ikinci rübündə isə ABŞ-ın ÜDM istehsalının 24% azalması amma 3-cü rübdə 10%-lik artım göstərəciyini düşünür.

 

Ümumilikdə, dünyanın maliyyə dairələri koronavirus pandemiyasının iyun ayına qədər nəzarətə götürüləcəyini və ilin ikinci yarısını sürətli iqtisadi inkişafın gözlədiyini təxmin edir.  

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var