Modern.az

ABŞ prezidentliyinə ən real namizəd zorlamada İTTİHAM OLUNDU

ABŞ prezidentliyinə ən real namizəd zorlamada İTTİHAM OLUNDU

Dünya

29 Aprel 2020, 12:52

ABŞ-ın keçmiş vitse-prezidenti, Demokratlar partuyasının prezident seçkilərindəki ən real namizədi Co Bayden zorlamada ittiham olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 77 yaşlı siyasətçinin keçmiş əməkdaşı Tara Rid  Bayden senator olan zamanlar onu zorladığını əlavə edib.

 

 

O ilk dəfə ötən ayın sonlarında Baydenin ünvanına ittihamlar səsləndirib.

“Mənim 2016-cı il seçkilərində Hillari Klintona səs vermişəm. Amma görürəm ki, o da keçmiş rəhbərim və məni zorlayan sekual yırtıcı Co Baydenə yardım edir”.

 

Co Baydenin ofisi Tara Ridin iddialarını itfira adlandırıb. Co Bayden bu ilin noybarında baş tutacaq prezident seçkilərində Donald Trampın əsas rəqibi hesab olunur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?