Modern.az

Erməni kilsəsi Türkiyəni məhkəməyə verib

Erməni kilsəsi Türkiyəni məhkəməyə verib

Dünya

29 Aprel 2020, 16:15

Erməni Apostol Kilsəsinin Eçmiədzindən sonra ən böyük dini qolunun yerləşdiyi Livandakı Böyük Kilikiya kilsəsi Türkiyəni məhkəməyə verib.

 

Modern.az xəbər verir ki, katolikos I Aram kiləsinin 1915-ci ilə qədər Türkiyənin Sis şəhərində yerləşən iqamətgahını və mülklərini geri istədiklərini açıqlayıb.   

I Aram Türkiyə Konstitusiya Məhkəməsinin müraciəyi geri çevriməsindən sonra Kilikiya kilsəsinin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdiyini əlavə edib. Amma Avropa Məhkəməsi Türkiyədəki bütün məhkəmə instansiyalarına müraciətdən sonra məsələyə baxa biləcəklərini deyib.

 

Buna görə də, erməni kiləsi bu dəfə Türkiyənin Birinci instansiya məhkəməsinə Türkiyə hökumətini şikayət edib. Birinci instansiya məhkəməsində məsələ ilə bağlı ilk iclas aprelin 21-nə təyin olunsa da, pandemiyaya görə təxirə salınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü