Modern.az

Koronavirus niyə qadınlardan çox kişiləri öldürür? – SƏBƏBLƏR

Koronavirus niyə qadınlardan çox kişiləri öldürür? – SƏBƏBLƏR

Dünya

30 Aprel 2020, 16:46

Koronavirus hər iki cinsin nümayəndəsi üçüb təhlükəli olsa da, kişilər virusdan daha çox ölürlər.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin Pekin şəhərində yerləşən Tunjen xəsətxanasının həkimləri açıqlama veriblər. Onlar kişi pasinetlərin durumunun daha çox pisləşməyə doğru getdiyini xatırladıblar.

“Yanvarın əvvəllərində biz kişilərin qadınlardan daha çox öldüyünün şahidi olduq. Bununla bağlı araşdırma apardıq və kişilərin virusun ağır formasından daha çox əziyyət çəkməsinin şahidi olduq. Xroniki xəstəlikləri olan yaşlı kişilər ən riskli qrupa daxildirlər”.

 

Kişilərdə qadınlara nisbətən, qanda kreatin, həmçinin, hemoqlabin, leykosit və neytrofillər yüksəkdir. Kişilərdə virusa xüsusi həssaslığın səbəbləri hələ öyrənilsə də, bir çox ölkələr bu barədə açıqlama yayıblar. Məsələn, Cənubi Koreya COVİD-19-dan ölən vətəndaşlarının 54%-nin, İtaliya isə 71%-nin kişi cinsindən olduğunu elan edib.

 

Ekpsertlər kişi ilə qadının bioloji fərqləri ilə yanaşı, sosial amillərin, xüsusən həyat tərzinin də bu məsələyə öz təsirini göstərdiyini düşünür.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü