Modern.az

Ali Rada: “Saakaşvili  baş nazirin müavini olmayacaq”

Ali Rada: “Saakaşvili  baş nazirin müavini olmayacaq”

30 Aprel 2020, 17:20

Ukrayna Ali Radası Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin baş nazirin müavini postuna seçilməsinə qarşı çıxıb.

 

Modern.az Ukrayn a KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Vladimir Zelenskinin başçılıq etdiyi “Xalqın qulluqçusu” partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya açıqlama verib.

 

Araxamiya Radanın etirazına görə, Saakaşviliyə başqa vəzifə veriləcək. “Bu vəzifəni deyə bilmərəm. Prezidentin təşəbbüsüdür və qoy sirr olaraq qalsın”.

Mixail Saakaşvili baş nazirin islahatlar üzrə müavini olmağa razılıq vermişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü