Ermənistanda 320 tibb işçisi koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, bunu Ermənistan Səhiyyə naziri Arsen Torosyan deyib.
“Koronavirusa yoluxmuş 2386 nəfərin 320-si, yəni 13.4 faizi tibb işçiləridir. Bu, kədərli, amma qaçılmazdır”, - Torosyan bildirib.
Onun sözlərinə görə, virusa yoluxan tibb işçiləri tez sıradan çıxır və işləyə bilmirlər.
O hələ ki, tibb işçiləri arasında bu virusdan ölən olmadığını deyib.