Modern.az

Tramp: “Çinin koronavirusla bağlı ən böyük səhvi...”

Tramp: “Çinin koronavirusla bağlı ən böyük səhvi...”

Dünya

4 May 2020, 10:01

Çin koronavirusun peyda olmasından sonra dəhşətli səhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramo Fox News telekanalına müsahibəsində deyib.

"Düşünürəm ki, Çin hakimiyyəti böyük səhvə yol verib və bunu etiraf etməməyə çalışıb. Biz Uxana gəlib araşdırma aparmaq istəyirdik, amma onlar hətta, Ümümdünya Səhiyyə Təşkilatını şəhərə buraxmaq istəmirdilər. Onlar virusun yayılma miqyasını dərhal yox, xeyli gec etiraf etdilər. Düşünürəm ki, onlar böyük səhvə yol verdilər və miqyası gizlədərək yanğını söndürməyə cəhd etdilər. Amma bunu bacarmadılar".

 

Tramp Çinin ən böyük səhvini də açıqlayıb.

“Çinin ən böyük səhvi xaricdən vətəndaşların ölkəyə girişini qadağan etsə də, vətəndaşlarının xaricə səfərinin qarşısını almamasıdır”.

 

Koronavirusun Çinin Uxan şəhərindəki laboratoriyada yarandığı və əməkdaşlardan birinin təsadüfən virusa yoluxduğu barədə ilk məlumatı ABŞ-ın Fox News telekanalı yayıb. Dövlət Departamenti kəşfiyyat və təhqiqat bürosu sübut olmadığı üçün bu versiyanı dəstəkləməmişdi. Amma mayın 1-də virusun Uxan şəhərində laboratoriyada hazırlanması barədə məlumatı prezident Tramp, mayın 3-də isə Dövlət katibi Mayk Pompeo açıqlamışdı. Onlar “ciddi sübutların” olduğunu söyləşmişdi.

 

Rəsmi Pekin isə bütün ittihamları rədd edərək Ümumdünya Səhiyyə Təşkilatının virusun insan əli ilə yaranmaması barədə rəyini xatırladıb..

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!