Modern.az

Karantin zamanı ən geniş yayılmış 3 ZƏRƏRLİ VƏRDİŞ

Karantin zamanı ən geniş yayılmış 3 ZƏRƏRLİ VƏRDİŞ

Dünya

4 May 2020, 11:01

Koronavirusa görə izolyasiyada olan insanların ən zərərli vərdişləri həddən çox yemək yemək və alkoqoldan istifadədir.

Modern.az xəbər verir ki, bu barədə rusiyalı həkim-dietoloq Alekdandr Kirilenko açıqlama verib.

 

“İnsanlarda kütləvi ixtisarlara, maliyyə problemlərinə görə təşviş var. Onlar problemlərini unutmaq üçün içki və yeməyə üstünlük verirlər. Şəkər və şirniyyatdan çox istifadə isə erkən qocalmaya ən etibarlı yoldur”.

 

Dietoloq fastfud, şirniyyat, qazlaşdırılmış içkilər və çoxlu miqdarda qəhvənin içilməsinin xroniki xəstəliklərin ağırlaşmasına, piylənməyə, şəkərli diabetə, ürək xəstəliklərinə, harmonal fonun pisləşməsinə, demenisiyanın inkişafına və ateroskleroza yol açdığını deyib.

 

Onun fikrincə, çoxlu yemək yemək, alkoqollu içki qəbul etmək və kompüter qarşısında çox oturmaq karantində olan insanlar üçün ən zərərli vərdişlərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır