Modern.az

Bu ölkələrdə koronavirusa yoluxan olmayıb – SİYAHI

Bu ölkələrdə koronavirusa yoluxan olmayıb – SİYAHI

5 May 2020, 13:44

Dünyada tuğyan edən koronavirus 3 milyon 660 mindən çox insanın yoluxmasına, 252 min 675 nəfərin isə ölümünə yol açıb. Virus dünyanın əksər ölkələrində qeydə alınsa da, pandemiyanın yan keçdiyi dövlətlər də az deyil.

 

Modern.az saytı Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən xəbər verir ki, hazırda dünyada koronavirusa yoluxma halı qeydə alınmayan 14 ölkə var.


Bu ölkələrdən ən böyüyü 25 milyon sakini olan Şimali Koreyadır. Dünyanın ən qapalı ölkəsi sayılan bu kommunist respublikasında neçə insanın virusa yoluxduğu barədə rəsmi məlumat yoxdur.

Keçmiş sovet respublikalarından Türkmənistanda da COVID-19-a yoluxma halı təsdiqlənməyib. Ümudünya Səhiyyə Təşkilatı yaxın günlərdə bu ölkədəki epidemioloji vəziyyəti qiymətləndirmək üçün regiona səfər edəcək.

 

Afrikada isə virusdan qoruna bilən yeganə ölkə kiçik Lesoto Krallığıdır. 2 milyon sakini olan ölkədə fövqəladə vəziyyət hökm sürür.

 

Qəmər Adaları, Solomon Adaları, Marşall Adaları, Vanuatu, Samoa, Kiribati, Mikroneziya, Tonqa, Palau, Tuvalu və Nauru kimi Okeaniyada yerləşən kiçik ada dövlətlərində də COVID-19-a yoluxma qeydə alınmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi