Modern.az

Tramp Konqresin İranla bağlı qərarına veto qoydu

Tramp Konqresin İranla bağlı qərarına veto qoydu

7 May 2020, 10:36

ABŞ prezidenti Tramp onun İrana qarşı güc tətbiq etmək hüququnu məhdudlaşdıran qətnaməyə veto qoyub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Konqresin qəbul etdiyi həmin qətnaməni “təhqiramiz” və “respublikaçılar arasında parçalanmaya hesablanmış addım” kimi xarakterizə edib.

 

O, prezident səlahiyyətlərindən düzgün istifadə etdiyini və bu qətnamənin onun ölkəsini müdafiə etmək imkanlarını məhdudlaşdırdığını əlavə edib.

 

“Prezidentin hadisələri öncədən görmək və düşmənə qarşı cəld addımlar atmaq səlahiyyəti olmalıdır”-deyə ABŞ lideri söyləyib.

Konqresin məhdudlaşdırıcı qətnaməsi yanvarın əvvəllərində İran generalı Qasım Süleymaninin öldürülməsinə görə atılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?