Modern.az

Koronavirus Ermənistandakı demoqrafik böhranı daha da AĞIRLAŞDIRIB

Koronavirus Ermənistandakı demoqrafik böhranı daha da AĞIRLAŞDIRIB

Dünya

7 May 2020, 13:08

Onsuz da dərin demoqrafik böhran içərisində olan Ermənistanda vəziyyət koronavirus pandemiyasına görə daha da acınacaqlı hal alıb.

 

Modern.az xəbər verir ki, 2020-ci ildə müstəqil Ermənistanın tarixində ən az doğuş qeydə alına bilər.

Belə ki, ölkənin Statistika Komitəsinin 2020-ci ilin ilk rübü üçün açıqladığı rəqəmlərə əsasən, ölkə əhalisinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5200 nəfər azalıb. Azalma doğum halları və nikaha girənlərin sayında özünü göstərsə də, boşanma halları əksinə, artıb.

 

Ölkənin Əmək və sosial müdafiə nazirliyinin demoqrafiya proqramları şöbəsinin rəhbəri Artak Markosyan isə göstəricilərin pisləşməsini pandemiya ilə əlaqələndirib.

“COVID-19-un iqtisadi təsirini 2020 və 2021-ci illərdə mütləq nəzərə almalıyıq. Pandemiya ölkə həyatının bütün sahələrinə mənfi təsir göstərib”.

 

2019-cu ildə ölkədə son 10 ilin ən aşağı doğum göstəricisi (36131) qeydə alınmışdısa, 2020-ci ilin ilk rübü bu göstəricilərin daha da pisləşəcəyindən xəbər verir. Belə ki, 2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin ilk rübü ilə müqayisədə 374 körpə az dünyaya gəlib. Bu il üçün həmin göstərici 7578 nəfər təşkil edir.

Ölkədə 2019-cu ildə “Müavinətlər haqqında” qanun qəbul olunub. Bu qanun hər birinci və ikinci doğulan körpə üçün 300 min dram (600 dollar), üçüncü və növbəti körpələr üçün isə 1 milyon dram (2 min dollar) verilməsini nəzərdə tutur.

 

Buna baxamayaraq, doğum göstəricilərinin azalması əhalinin sosial faktorlarla yanaşı, siyasi və psixoloji baxımdan narahatlıq keçirdiyini göstərir. Rəy sorğuları Ermənistan əhalisinin 52%-nin öz övadlarının gələcəyini xarici ölkələrdə gördünüyü nümayiş etdirir. Artan miqrasiya, aşağı doğum faizi, kütləvi boşanmalar və ölüm hallarının artması Nikol Paşinyan hakimiyyətini çətin duruma salıb. Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına vurduğu ağır zərbə isə rəsmi Yerevanın durumunu çıxılmaz edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü