Modern.az

Əli Məsimli də ən çox qanun layihəsi hazırlayan deputatlardandır

Əli Məsimli də ən çox qanun layihəsi hazırlayan deputatlardandır

11 Yanvar 2010, 12:34

Modern.az ötən günlərdə qanunvericilik təşəbbüsü hüququndan yararlanaraq fərdi şəkildə qanun layihələri hazırlayan deputatların siyahısını təqdim etmişdi. Millət vəkili Əli Məsimlinin də adı həmin siyahıda olmalıydı. Bunu unutduğumuzdan sonradan deputatla əlaqə yaradaraq 2005-ci ildən bu yana hazırladığı qanun layihələri barədə məlumat istədik.

Məlum oldu ki, Ə.Məsimli 2005-2009-cu illər ərzində fərdi şəkildə ən çox qanun layihəsi hazırlayaraq Milli Məclisə və ictimai müzakirələrə təqdim edən deputatlardan biridir. Bundan başqa, Ə.Məsimli dəfələrlə qüvvədə olan  bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsini nəzərdə tutan təkliflər də irəli sürüb. Ə.Məsimli 2008-ci ildə “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinə təzminat ödənilməsi haqqında” Qanunun layihəsini hazırlayaraq Milli Məclisə təqdim edib.
“Təhsil kreditləri haqqında” Qanunun layihəsi də millət vəkili tərəfindən işlənib hazırlanıb. Onun Milli Məclisin yaz sessiyası ərəfəsində qanunverici orqana təqdim edilməsi nəzərdə tutulur.  

Ə.Məsimli Təhsil haqqında” Qanuna əlavələr edilməsi üçün 25 bənddən ibarət təkliflər paketilə çıxış edib.

Hər il 9 noyabr gününün ölkəmizdə “Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi və bu məqsədlə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanuna 1.4 əlavəsinin – “Hər il noyabr ayının 9-nun Azərbaycan Respublikası ərazisində” Dövlət Bayrağı günü” kimi qeyd edilsin” təklifi də ilk dəfə Əli Məsimli tərəfindən səsləndirilib və bununla bağlı vaxtında parlamentin müvafiq qurumuna rəsmi müraciət edilib.

Millət vəkili “Əmək Pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi təklifi irəli sürüb, “Şərti maliyyə vahidi haqqında” Qanunun ləğv edilməsi və qanunvericilik sənədlərində onun müvafiq mütləq rəqəmlərlə əvəz edilməsi haqqında qanun layihəsi ilə çıxış edib. Deputatın bu təklifi reallaşıb.

Ə.Məsimli “Dövlət borcu haqqında Qanuna əhalinin infilyasiya nəticəsində dəyərdən düşmüş əmanətlərinin dövlətin daxili borcu kimi tanınması haqqında əlavə edilməsi barədə qanun layihəsi də hazırlayaraq İqtisadi Siyasət Komitəsinə təqdim edib.

Deputatın “Vergi Məcəlləsinə” mənfəət vergisinin dərəcəsinin 22 faizdən 18 faizə endirilməsi haqqında dəyişiklik edilməsi barədə qanunvericilik təşəbbüsü reallaşıb. Belə ki, 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilib.

Onun “Vergi Məcəlləsi”ndə fiziki şəxslərdən gəlir vergisinin yuxarı həddinin 35 faizdən 25 faizə endirilməsi və həmin yüksək dərəcə ilə vergiyə cəlb olunan məbləğin 1000 manatdan 2000 manata qaldırılması haqqında təklifi də həyata keçib.

Ə.Məsimlinin “Vergi Məcəlləsi”ndə sadələşdirilmiş vergi sisteminin tətbiq dairəsinin genişləndirlməsi haqqında qanunvericilik təşəbbüsü də reallaşıb.
Millət vəkili “Vergi Məcəlləsi”ndə əlavə dəyər vergisinin dərəcəsinin 18 faizdən 14 faizə endirilməsi haqqında, “Ehtiyac meyarı haqqında” Qanunn ləğv edilməsi təkliflərlə də çıxış edib.

Deputat “Yaşayış minimumu haqqında” qanunun 2007 və 2008-ci illər üzrə iki alternativ layihə ilə çıxış edib. Təklif reallaşıb.
Ə.Məsimli 2006-2010-cu illər ərzində hər növbəti il  üçün “Dövlət büdcəsi haqqında Qanunların və büdcə paketinə daxil olan digər qanunların  təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürüb.
Qeyd edilənlərldən başqa, 2006-2009-cu illərdə deputat Milli Məclisin hər növbəti sessiyası ərəfəsində Milli Məclisin “Qanunvericilik işləri planına” dair, eləcə də parlamentin müzakirəsinə çıxarılmış “Vergi Məcələsinə”, “Mülki Prosessual Məcəllə”yə, “Mənzil Məcəlləsi”nə “Rəqabət Məcəlləci”nə, “Yaradıcı şəxslər və yaradıcılıq təşkilatları haqqında” Qanuna, “Teatr və teatr fəaliyyəti haqqında” Qanuna, “Arıçılıq təssərüfatları haqqında” Qanuna, “Ekoloji kənd təsərrüfatı haqqında” Qanuna dair təkliflər də səsləndirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir