Modern.az

Saakaşvilinin təyinatı Ukrayna-Gürcüstan münasibətlərini GƏRGİNLƏŞDİRDİ

Saakaşvilinin təyinatı Ukrayna-Gürcüstan münasibətlərini GƏRGİNLƏŞDİRDİ

Dünya

8 May 2020, 16:05

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın ölkədəki səfirinin geri çağırılmasını səhv addım sayır.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Mixail Saakaşvilinin İslahatların İcrası Komitəsinin sədri təyin olunması rəsmi Tbilisinin kəskin narazılığına səbəb olmuşdu.

 

“Mənim fikrimcə, Gürcüstan hökuməti səhvə yol verir. Ukraynanın gürcü xalqı ilə gözəl münasibətləti var. Heç nəyə baxmayaraq, biz öz səfirimizi Tbilisidən geri çağırmayacayıq”- deyə Zelenski hadisəni şərh edib.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Ukrayna ilə diplomatik münasibətlərin kəsilməsinin gündəmdə olmadığını deyib. Mixail Saakaşvili bir neçə cinayət işi üzrə Gürcüstan tərəfindən axtarışa verilib.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı