Modern.az

Milli qəhrəmanların statusunun artırılması məsələsi qaldırılacaq

Milli qəhrəmanların statusunun artırılması məsələsi qaldırılacaq

Ölkə

11 Yanvar 2010, 13:38

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov parlamentdə Milli qəhrəmanların statusunun artırılması barədə məsələ qaldıracaq. Bu barədə Modern.az-a açıqlama verən millət vəkili deyib ki, həmkarlarını da təklifi dəstəkləməyə çağıracaq.
“Bəzən belə fikirlər səsləndirilir ki, bizim torpaqları Ermənistan işğal edib, ona görə də bu ölkədə Milli Qəhrəman adını daşımağa haqqımız yoxdur. Mən belə fikirləri səsləndirənləri Azərbaycan xalqının düşməni hesab edirəm. Çünki nəticədən asılı olmayaraq, Milli qəhrəmanlar torpaqlarımızın bütövlüyü uğrunda böyük rəşadət göstəriblər”-deyə E.Məmmədov bildirib. 
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü qeyd edib ki, parlament Milli qəhrəmanların statusunun artırılması məsələsinə mütləq baxmalıdır: “Milli qəhrəmanların ailələri cəmiyyətin ən imtiyazlı insanları olmalıdırlar və onlar hər şeylə təmin edilməlidirlər. Hesab edirəm ki, hər bir deputat bu məsələni dəstəkləyəcək”.

Digər millət vəkili Qənirə Paşayeva isə saytımıza deyib ki, yaxın zamanlarda bölgələrdə hazırda sağ olan Milli qəhrəmanlarla görüşlər keçiriləcək. Deputatın sözlərinə görə, belə görüşlərin  keçirilməsi gənclərin hərbi-vətənpərvərlik ruhunun güclənməsinə müsbət təsir göstərəcək: “Hesab edirəm ki, biz Milli qəhrəmanları təbliğ etməklə insanlarda vətənə sevgi hissi aşılamış olacağıq. Əslində, Milli qəhrəmanları təbliğ etməyə heç bir ehtiyac yoxdur. Sadəcə, biz onların vasitəsilə insanlarımızda ruh yüksəkliyini daha da qaldıra bilərik”.

Xatırladaq ki, Azərbaycanın 210 Mili Qəhrəmanı var, onlardan 19 nəfər sağdır, qalanlar şəhid olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?