Modern.az

İspaniyada daha 3 futbolçunun koronavirus testi müsbət çıxıb

İspaniyada daha 3 futbolçunun koronavirus testi müsbət çıxıb

Dünya

10 May 2020, 12:18

İspaniya futbolunda koronavirus pandemiyasına növbəti yoluxma halları müşahidə olunub.

 

Modern.az-ın məlumatına görə, "Betis" klubunun 3 futbolçusunda bu xəstəliyin əlamətləri aşkarlanıb.

 

La Liqa təmsilçisinin oyunçularının testinin cavabı müsbət çıxıb. Onlar dərhal karantinə alınıb və müalicəsinə başlanılıb. "Betis" rəhbərliyi məlumatı təsdiqləsə də, futbolçuların adlarını açıqlamayıb.

 

Qeyd edək ki, daha əvvəl İspaniya futbolunda 5 yoluxma olduğu açıqlanmışdı.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə