Modern.az

Sulutəpədəki məcburi köçünlər də köçürüləcək

Sulutəpədəki məcburi köçünlər də köçürüləcək

11 Sentyabr 2009, 11:35

Bakı şəhəri, Binəqədi rayonu Dərnəgül qəsəbəsindəki 2 saylı Evtikmə Kombinatının ərazisində məcburi köçkün ailələri üçün tikilən çoxmərtəbəli yaşayış binalarının inşası başa çatıb. “Hazırda  həmin binalarda son tamalama işlər həyata keçirlir. Yaxın günlərdə məcburi köçkün ailələri həmin binalara köçürüləcəklər». Bu sözləri Modern.az-ın müxbirilə söhbətdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Dövlətxan Dövlətxanov söyləyib. Onun sözlərinə görə, fond məcburi köçkünlər üçün binanın tikilməsində sifarişçi təşkilat kimi çıxış edib: «Dərnəgül qəsəbəsində, «Elit» ticarət mərkəzinə yaxın ərazidə məcburi köçkünlər üçün inşa edilən binalar Neft Fondunun vəsaiti hesabına tikilib”. Dövlətxan Dövlətxanovun sözlərinə görə, oktyabr-noyabr aylarında məcburi köçkün ailələrinin həmin binalara köçürülməsi başa çatdıralacaq. Burada yalnız Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkün ailələri yerləşdiriləcəklər. “Qeyd edim ki, yeni tikilən binalara ümumilikdə 369 ailənin köçürülməsi nəzərdə tutulub. Həmin mənzillərə keçmiş Səttərxan adına zavodun ərazisində, Tofiq Bəhramov adına Respublika Stadionun ətrafında məskunlaşmış ailələr köçürüləcəklər. Bundan başqa  Sulutəpə qəsəbəsində məskunlaşmış daha 70 ailə də yeni çoxmərtəbəli binalarda yerləçdiriləcək»-deyə, D.Dövlətxanov bildirib. O, yeni inşa edilmiş binalardakı mənzillərə köçürüləcək ailələrin siyahısının artıq hazır olduğunu qeyd edib.
Xatırladaq ki, yeni binaların tikildiyi ərazi 3 hektar sahəni əhatə edir. Məcburi köçkün ailələri üçün hər biri 63 mənzildən ibarət beş ədəd və 54 mənzildən ibarət bir ədəd doqquzmərtəbəli bina inşa olunub. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Dövlətxan Dövlətxanov bildirb ki, binaları "Akkord", "Tunelmetrotikinti", "SNT" əirkətləri inşa edib. 

Aqil LƏTİFOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub