Modern.az

Belçikada həkimlər Baş naziri boykot etdi - VİDEO

Belçikada həkimlər Baş naziri boykot etdi - VİDEO

Aktual

18 May 2020, 15:20

Belçikada xəstəxanaya ziyarətə gələn S.Vilmes tibb işçiləriylə koronavirus pandemiyası ilə mübarizə məsələlərini müzakirə etmək istəyib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Belçikanın səhiyyə işçiləri yolun hər iki tərəfinə düzülərək Baş naziri bu şəkildə qarşılayıblar.

 

 S.Vilmesin korteji xəstəxanaya çatanda isə onlar arxalarını maşınlara tərəf çeviriblər.

 

Tibb işçiləri Belçika hökumətini pandemiya ilə mübarizəyə qeyri-ciddi münasibət göstərməkdə ittiham edirlər.

 

Səssiz etirazın səbəbi də budur.

 

Qeyd edək ki, Belçikada 55 mindən çox insan koronavirusa yoluxub, 9 min nəfər isə vəfat edib.

 

Belçika hökuməti koronavirus pandemiyası ilə mübarizə və ölkədəki yüksək ölüm nisbətinə görə də tənqid edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!