Modern.az

Qarabağı viran qoyanların içdikləri saxta andlar... - VİDEO

Qarabağı viran qoyanların içdikləri saxta andlar... - VİDEO

21 May 2020, 19:08

Bu ilin 14 aprelində qondarma Dağlıq Qarabağ respublikasında növbəti dəfə “prezident seçkiləri” keçirildi. Azərbaycanın və beynəlxalq birliyin boykot etdiyi seçki şousunun qalibi “eks-baş nazir” Araik Arutunyan oldu.

Bu gün qondarma prezidentin qondarma andiçməsi olacaq. Özü də Azərbaycanın mədəniyyət beşiyi Şuşada...

Şouya tamaşa etmək üçün Nikol Paşinyanın başçılığı ilə Ermənistandan nümayəndə heyəti də gələcək.

“Andiçmə”nin məqsədi Qarabağı müstəqil subyekt kimi tanıtmaq cəhdi, danışıqlar prosesində qondarma rejimin də iştirakının təmin edilməsinə hesablanıb.

  

Bu şou isə hələ 1994-cü ildən başlayıb. Həmin il qondarma rejimin ilk prezidenti kimi erməni seperatçılarının o zamanki lideri Robert Köçəryan seçilmişdi. 2 il qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olan R.Köçəryan 1997-ci ilin martında Ermənistan Respublikasının baş naziri təyin edildi. 1998-2008- ci illər ərzində isə o, Ermənistan Respublikasının prezidenti kimi fəaliyyətini davam etdirdi.

 

Heç bir beynəlxalq qurum tərəfindən müstəqilliyi tanınmayan  Dağlıq Qarabağ Respublikasının növbəti “prezident”i isə Arkadi Qukasyan oldu. 1997-ci il Xankəndində keçirilən "inaqurasiya" mərasimi də bugünki mərasim kimi qeyri-qanuni və beynəlxalq hüquq normalarına zidd idi.

10 il müddətinə qondarma rejimin rəhbəri olan A.Qukasyan hələ 1991-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasının ilk parlamentinə seçilmiş, 1993-cü ildə isə qondarma respublikanın ilk xarici işlər naziri olmuşdu.

  

Qondarma Respublikanın üçüncü prezidenti isə hələ 1990-cı ildə separatçıların Azərbaycana qarşı hərbi hərəkatına qoşulan Bako Saakyan olur. "Qarabağ klanı” kimi tanınmış Dağlıq Qarabağ separatçılarından biri olan B.Saakyan 2 dəfə 5 il müddətinə, 2017-ci ildə isə 3 illik “prezident” postunu tutur.

Qeyd edək ki, B.Saakyan 1999-cu ildə qondarma Dağlıq Qarabağ Respublikasının “daxili işlər naziri” seçilmişdi.

 

Heç bir aparıcı beynəlxalq təşkilat tərəfindən tanınılmayan qondarma rejimin prezidentinin “andiçmə”   mərasimi müstəqil dövlət imici formalaşdırmağa yönəldilib.

Ermənistan nə qədər "Dağlıq Qarabağ Respublikası” deyilən qondarma bir qurumda seçki görüntüsü yaratsa da, gerçək budur ki, Dağlıq Qarabağ Azərbaycanındır. Bu ucuz şou isə sadəcə beynəlxalq hüquq normalarının pozulmasıdır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir