Modern.az

Modern.az kollektivi tibb işçilərinin peşə bayramını təbrik etdi – VİDEO

Modern.az kollektivi tibb işçilərinin peşə bayramını təbrik etdi – VİDEO

Aktual

17 İyun 2020, 15:06

Bu gün Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır. Hər il 17 iyun ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyunda imzaladığı Sərəncama əsasən ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı günü kimi qeyd edilir.

Bu gün öz mənbəyini Azərbaycan Xalq Cümhuriyyətindən götürüb. 102 il öncə bu gün Səhiyyə Nazirliyi təşkil olunmuşdu, ilk səhiyyə naziri isə Xudadat bəy Rəfibəyli idi.

 

Həkimlik hər zaman çətin və bir o qədər də şərəfli peşə olub. Lakin, xüsusilə bu il dünyada və ölkəmizdə ağır fəsadlara səbəb olan koronavirus pandemiyasına qarşı savaşda “ağ xalatlı”ların nə qədər cəsur olduğunun bir daha şahidi olduq. Bəli, çoxları bu, həkimlərin vəzifə borcudur deyə bilər, amma 70 gündür evinə getmədən insanların sağlamlığının keşiyində dayanmaq sadəcə fədakarlıqdır. Bu kimi hallar saytlardan, televiziyadakı xəbərlərdən, sosial şəbəkələrdən hamımıza məlumdur. Odur ki, həkimlərimizə təşəkkür etmək bizim borcumuzdur.

Modern.az saytının əməkdaşları da həkimlərə təşəkkür etməyi özünə borc bildi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır