Arxiv
19 İyun 2020, 08:04 | ƏDƏBİYYAT
Dostum haqqında bir neçə söz...

2015-ci ildə “Qaranlıqdan işığa” adlı kitab üzərində işləyirdim. Kitab 1850-ci mayın 3-də Gəncədə anadan olmuş, məşhur “Qarabağnamə” əsərinin müəllifi Mirzə Adıgözəl bəyin nəvəsi Əsgər ağa Adıgözəlov Gorani haqqında idi.

Əsgər ağa Adıgözəlov Azərbaycan teatrının yaradıcılarından biridir. Bakıda gimnaziyada oxuyarkən Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin tələbəsi olmuş, gələcəyin böyük dramaturqu Nəcəf bəy Vəzirovla bir sinifdə oxumuşdur. 1873-cü il mart ayının 10-da Həsən bəyin təşəbbüsü və rəhbərliyi ilə onlar gimnaziyanın bir neçə şagirdləri ilə bərabər Mirzə Fətəli Axundovun “Hekayəti Vəziri Xan Lənkəran” əsərini tamaşaya qoydular. Həmin hadisə Zaqafqasiyada böyük əks-sədaya səbəb oldu və Azərbaycan teatrının yaranmasının əsasını qoydu.

Əsgər ağa Adıgözəlov 1875-ci ildə Nəcəf bəy Vəzirovla bərabər Moskvadakı kənd təsərrüfatı akademiyasına qəbul olunur. Akademiyanı bitirdikdən sonra o hansı səbəbdənsə öz ixtisası üzrə işləmir Gəncə dairə məhkəməsində, sonra Tiflis dairə məhkəməsində, daha sonralar isə Kutaisi dairə məhkəməsində prokuror köməkçisi vəzifəsində çalışır. Əsgər ağa Adıgözəlov “Əkinçi” qəzetinin ən məşhur yazıçılarından biri idi. Moskvada oxuduğu dövrdə həmin qəzetdə 40-dan çox məqaləsi dərc edilmişdir.

“Qocalıqda yorğalıq” dram əsərinin müəllifidir. Lermontovun “Yel gəmisi” adlı əsərini ruscadan Azərbaycan dilinə tərcümə edib. Babasından ona qalan torpaq sahələrindən və Gəncədəki əmlaklarından xeyli qazanc götürürdü və bu qazancın müəyyən hissəsinə xeyriyyəçiliyə xərcləyir, Azərbaycan tələbələrini xaricdə təhsil almalarına köməklik göstərirdi.

1906-cı ildə istefaya çıxdıqdan sonra Gəncə şəhərində yaşamış, Gəncə bələdiyyəsinin sədri seçilmiş, Gəncədə böyük abadlıq işləri aparmış, öz vəsaiti hesabına Nizami Gəncəvinin məqbərəsini təmir etdirmiş, xəstəxana və qızlar üçün məktəb açmışdır. Onun maarifçilik ideyalarını zəmanəsinin böyük şairi və mütəfəkkiri Seyid Əzim Şirvani də təqdir etmiş və “Məyər ol Əsgəri Gorani gələ, neçə məktəb gələ dəxi əməli“ adlı ona həsr olmuş seir də yazmışdır.
Bakı və Tiflisdə olan bütün arxivlərdə lazım olan sənədləri əldə etdikdən sonra Əsgər ağa Adıgözəlov şəcərəsini işləmək məqamında qohumlarından birinin, daha doğrusu nəticəsi Murad Hüseynovun Beynəlxalq Muğam Mərkəzinin direktoru olduğunu dedilər.

Əvvəlcədən vədələşdiyimiz kimi, Murad Hüseynovla ilk görüşümüz baş tutdu. O Əsgər ağa Adıgözəlov haqqında yazılan kitaba çox böyük maraq göstərdi, arxiv materialları ilə tanış olduqda ulu babası haqqında indiyə qədər bilmədiyi məlumatlar onu çox mütəəssir etdi. Kitabın çapa verilməsi məqamında Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzində bir neçə layihənin həyata keçirilməsi üçün hazırlaşdıqlarını və onlardan bəzilərinin də bir tədqiqatçı kimi mənim də iştirak etməyinin arzu edilən olduğunu bildirdi. Bu məqamda fikrimi burada saxlayıb , Ulu babasından söhbət açmışkən , dostumun Azərbaycan səhiyyəsində böyük xidmətləri olan digər babası və valideynləri haqqında da məlumat vermək istərdim. Qeyd edim ki, Azərbaycanda 1945-ci ildə ilk dəfə Elmlər Akademiyası təşkil olunanda tibb alimlərindən 3 nəfəri (M.Mirqasımov, M.Topçubaşov, İ.Şirokoqorov) bu akademiyanın həqiqi üzvü, məşhur cərrah, akademik Mirəsədulla Mirqasımov isə Azərbaycan SSR EA-nın ilk prezidenti seçilmişdir. Sonralar ATİ-nin məzunlarından tibb üzrə akademiklərin sayı artmış, görkəmli cərrah Mustafa bəy Topçubaşov həm də SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Sonrakı mərhələlərdə Azərbaycan Tibb Universiteti məzunlarından Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüynə seçilənlər sırasında akademik Cəlil Hüseynov da var idi. Cəlil Hüseynov Murad Hüseynovun babası olmuşdur. C.Hüseynov patoloji anatomiya sahəsi üzrə tanınmış görkəmli alim¬lərdən biri kimi şöhrət qazanmışdır. C.Hüseynov 200-ə yaxın elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitləri¬nin müəllifi olmuşdur. Baxmayaraq ki, şəcərədə musiqiçi olmayıb amma Murad Hüseynovun bu istedad və bacarıqlarının ünvanı bəlli olur. Murad Hüseynoun atası Fərid Hüseynov və anası Elmira xanım uzun illər Azərbaycan elminə xidmət etmiş insanlar olmuşlar.

Beynəlxalq Muğam Mərkəzində bir neçə layihənin həyata keçirilməsi mövzusuna qayıdaraq vurğulamaq istəyirəm ki, Murad müəllim görüşümüz zamanı mənə bildirdi ki, layihələrdən biri “Unudulmayanlar” adlandırıldı və Beynəlxalq Muğam Mərkəzinin foyesində büstləri ucaldılmış muğam korifeylərinin həyat və yaradıcılığına həsr ediləcəkdir. Söhbət həm onlar haqqında yeni məlumatlarının, arxiv sənədlərinin axtarın tapılmasından, sonra isə hər birinə aid ədəbi-bədii gecələrin keçirilməsi, kitabların nəşr edilməsi, müxtəlif dillərə tərcüməsi, bir sözlə həm maarifçilik, həm də elmi-nəzəri konfransların keçirilməsi və sair idi.

İlk tədbir Mərkəzi büstü soldan birinci ucaldılmış XİX ikinci yarısının çox görkəmli nümayəndəsi muğam ustadı Bülbülcana həsr edildi. Bülbülcan həyatının 30 ilini Tiflisdə yaşamış və Azərbaycan muğamının təbliğinə həsr etmişdir.

Tiflis arxivlərində Bülbülcanın həyatına, yaradıcılığına aid yeni materiallar aşkar edildi. Və materiallar əsasında Mərkəzin təşəbbüsü ilə həm Azərbaycan, həm Gürcü dillərində kitab çap olunaraq gürcü dilindəki variantı Tiflisdəki M. F. Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzində təqdim olundu.

Bu gün mənim Xalq artisti, pianoçu Murad Hüseynovla tanışlığımın və Mərkəzlə əməkdaşlığımın 5 ilə yaxın tarixi var. Bu illər ərzində Murad Hüseynovla daha dərindən tanış olduqda onun təşəbbüslərinin, bitib tükənməyən ideyaların şahidi olmuşam. Həm yaradıcı adam olmaq, sənətkar olmaq, həm də inzibati işdə rəhbər vəzifədə çalışmaq hər bir kəsdə alınmır. Çoxillik müşahidələrimə əsasən deyə bilərəm ki, Murad Hüseynovda bu alınır. İstərdim bir az da onun fəaliyyəti barədə məlumat verim.

Murad Hüseynov beynəlxalq piano müsabiqələri laureatı və mükafatçısıdır . O, Limojda keçirilən 3-cü Fransis Pulenk beynəlxalq piano müsabiqəsinin qalibidir. Həmçinin fransız bəstəkarlarının əsərlərini ən yaxşı ifa etdiyinə görə 3 xüsusi mükafat da qazanmışdır.

Pianoçu dünyanın müxtəlif ölkələrində Fransa, İngiltərə, ABŞ, İtaliya, İspaniya, Türkiyə, Yaponiya, Rusiya, Almaniya Macarıstan, Gürcüstan Malta, ƏfqanıstanAzərbaycanın ifaçılıq mədəniyyətini təmsil edib, bir çox klassik musiqi festivallarında iştirakçısıdır.
Musiqiçi bir sıra məşhur orkestr və ansambllar — London Kral Filarmonik Orkestri, Limoj Simfonik Orkestri (Fransa), Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Dövlət Kamera Orkestri, Yeni Rus Kvarteti (Rusiya) və s. ilə konsertlərdə çıxış etmişdir. Onun çıxış etdiyi konsert zalları sırasına P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasındakı Raxmaninov zalı, Dövlət Kreml Sarayı (Moskva), Pleyel, Korto zalları, Fransa Senatı əsas zalı, Beynəlxalq Diplomatik Akademiya (Paris), Auditoriya (Roma), Dunay Sarayı (Budapeşt), Camal Rəşid Rey (İstanbul) və s. daxildir. Bu yorulmaz fəaliyyəti ona bir neçə şərəfli orden qazanmağı da bəxş edib. Bu ali mükafatlar sırasında 2011-ci ildə Fransa Senatının medalı, 2012-ci ildə İncəsənət və Ədəbiyyat ordeni (Fransa) və yenə də 2012-ci ildə Macarıstanın "Ləyaqət" ordeninin cəngavərlik xaçı ordenlərini qeyd edə bilərik.

Murad Hüseynov Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur. O, 2011-ci ilin noyabr ayında Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin edilmişdir. Bu gün onun rəhbərliyi ilə BMM –də bir-birindən maraqı layihələr həyata keçirilir. Bu layihələr muğam sənətimizin təbliğinə xidmət edir. Eyni zamanda fəaliyyıti sayəsində mərkəzin beynəlxalq əlaqələri genişlənmiş, BMM bir çox xarici dövlətlərdə muğam sənətimizi layiqincə təbliğ edə bilmişdir. Bu fəaliyyətə həm Azərbaycanda həm də xaricdə təşkil edilən tədbirləri misal çəkə bilərik ki, bu tədbirlərin hər biri mətbuatda geniş işıqlandıraraq ictimaiyyətə təqdim olunub . Birabaşa Murad Hüseynovun rəhbərliyi iə BMM-nin həyata keçiridyi “Unudulmayanlar” layihəsi çərçivəsində neçə-neçə görkəmli xanəndələrin irsi aşkar edilərək muğamsevərlərə təqdim olunub. Tədqiqat yönlü mühüm layihələr reallaşıb. Məhz onun təklifi və təşəbbüsü sayəsində elmi -tədqiqat sahəsində işlərini davam etdirən mərkəz "Dəyirmi masa " layihəsi çərçivəsində bir sıra tədqiqat işləri ərsəyə gətirib. Bu işlər nəticəsində eləcə də BMM -nin nəşri olan kitablar və monoqrafiyalar nəşr edilərək ictimaiyyətə təqdim olunub. Muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Azərbaycan tarı: dünən, bu gün və sabah”, Aşıq sənətinin bugünkü vəziyyəti və perspektivləri", “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” , Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri ”,Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” elmi tədqiqat mövzulu dəyirmi masalarda alim və mütəxəssislərin çıxışlar edərək bu sahələr üzrə təcrübələrini bölüşüblər. Bu layihə BMM-nin faəliyyətinin nə qədər geniş və əhatəliyindən xəbər verir. “Unudulmayanlar", "Muğam axşamları", "Etnik musiqi inciləri", "Sirlər xəzinəsi", "Qəzəllər" , "Aşıq musiqisi axşamları" adlı layihələr adından da göründüyü kimi milli musiqimizin, muğamlarımızın təbliğinə xidmət edir. Murad Hüseynovun rəhbərliyi nəticəsində ötən il BMM üçün yaradıcılıq və konsert fəaliyyəti baxımından əlamətdar illərdən biri olub. Belə ki, ötən ilin sentyabr-dekabr ayları ərzində Mərkəzdə Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədilə çoxsaylı tədbir və konsertlər reallaşdırılıb. Təkcə onu qeyd etmək yerinə düşər ki, may ayında mərkəzdə 32 konsert proqramı keçirilmişdisə, noyabr və dekabr aylarında bu konsertlərin sayı hər ay üçün 48 və 51 rəqəmini üstələyib. Bu da düzgün idarəetmə və işinə düzgün yanaşmanın barzi nümunəsidir.

Bütün dünyanı cənginə alan pandemiya dövründə də kollektiv yenə də bacarıqlı direktorun ətrafında birləşərək işini düzgün və qaydalara eləcə də tələblərə uyğun qura bilib. Belə ki, birbaşa Murad Hüseynovun təklif və təşəbbüsləri ilə karantin rejiminin elə ilk günlərindən fəaliyyətini günün tələbinə uyğun şəkildə qurmağa başladı. Çünki, Beynəlxalq Muğam Mərkəzi öz fəaliyyətini onlayn və internet üzərindən quran ilk konsert müəssisələrindən biridir. Belə ki, hələ 2016-cı ildən tədbirlərini öz rəsmi "Facebook" və "Youtube" səhifələrindən canlı yayımlayan mərkəz bu anda da heç gecikmədən bir-birindən fərqli layihələrini zaldan internet üzərinə köçürə bildi. İllər əvvəl rəhbərlik tərəfindən atılan addım bu günün tələbində öz bəhrəsini bir daha nümayiş etdirmiş oldu. Onu da qeyd etmək yerinə düşərdi ki, BMM-nin foyesində büstü qoyulan muğam sənətimizdə xidmətləri olan sənətkarlara həsr olunan kitabların nəşrinə də birbaşa direktor özü nəzarət edir və hər bir sənətkar diqqətdə saxlanılır.

Bu gün dünyanın ən nüfuzlu musiqi televiziya kanalı olan Fransanın “Mezzo” kanalında mütəmadi olaraq çıxışları təqdim olunan Azərbaycanın Xalq artisti Murad Hüseynov böyük və musiqi sənətimiz üçün mühüm əhəmiyyət kəsb edən mərkəzə nümunəvi rəhbərlik etməklə bərabər həm də musiqimizi dünyada layiqincə təmsil edən şəxslərdəndir. Bu yorulmaz və məsuliyyətli fəaliyyətində sənətkara uğurlar arzulayıram !

Gülhüseyn Kazımlı,
Tədqiqatçı, Filologiya üzrə fəlsəfə doktoru.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu obyektlərdə gigiyena tələbləri pozuldu 25 Noyabr 2020, 20:40 Maradona vəfat etdi 25 Noyabr 2020, 20:23 Teledərslərin sabaha olan CƏDVƏLİ 25 Noyabr 2020, 20:15 Bu şəxslərə xidməti pasport verilməyəcək 25 Noyabr 2020, 20:10 Konstitusiya Məhkəməsi Milli Məclisə müraciət etdi 25 Noyabr 2020, 20:03 Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq 25 Noyabr 2020, 19:44 Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib 25 Noyabr 2020, 19:37 Ermənistan prezidentinin eks-köməkçisindən Qarabağ AÇIQLAMASI 25 Noyabr 2020, 19:30 27 illik həsrətə son – Kəlbəcərli qonaqlarla müzakirə - VİDEO 25 Noyabr 2020, 19:18 Bakıda qəza: Yolda sıxlıq var 25 Noyabr 2020, 19:02 DYP-dən sürücülərə MÜRACİƏT 25 Noyabr 2020, 18:48 Xocalı və Xocavəndin bu kəndlərinin adı dəyişdirildi 25 Noyabr 2020, 18:40 Azərbaycanda daha 3469 nəfər virusa yoluxdu - 30 nəfər öldü 25 Noyabr 2020, 18:27 Siyasi partiyalar Fransa ilə bağlı bəyanat YAYDI 25 Noyabr 2020, 18:20 Kamran Əliyevin yerinə yeni TƏYİNAT oldu 25 Noyabr 2020, 18:11 Dünya çempionu Qarabağda şəhid oldu 25 Noyabr 2020, 18:06 Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı 25 Noyabr 2020, 18:04 Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü 25 Noyabr 2020, 18:03 Naftalanda QTA-nin nümayəndələri növbəti dəfə birgə reyd keçiriblər 25 Noyabr 2020, 17:57 Azay Quliyev seçicilərlə videogörüş keçirib 25 Noyabr 2020, 17:52 Gəncədə mənzildə meyit tapıldı 25 Noyabr 2020, 17:46 “Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışdı 25 Noyabr 2020, 17:40 Şuşada 27 ildən sonra ilk taksimiz - VİDEO 25 Noyabr 2020, 17:34 Milli Qəhrəmanlar Kəlbəcərin alınmasını ŞƏRH ETDİLƏR 25 Noyabr 2020, 17:28 Hökumət ürəyindən qəlpə yarası alan hərbçiyə ev tikəcək 25 Noyabr 2020, 17:22 AZAL işğaldan azad edilmiş ərazilərdəki hava limanları ICAO reyestrinə daxil edəcək 25 Noyabr 2020, 17:16 Lal, kar, kor dünyanın gözləri qarşısında AZƏRBAYCAN adlı Zəfər 25 Noyabr 2020, 17:10 Lənkəranda 5 min ədəd limon meyvələri oğurlandı 25 Noyabr 2020, 17:05 Nəzakət Teymurovanın “Əsgərə məktub”u 25 Noyabr 2020, 17:00 Məhkəmə keçmiş icra başçısı ilə bağlı QƏRAR VERDİ 25 Noyabr 2020, 16:56 Naftalanda  itkin düşən şəxs axtarılır 25 Noyabr 2020, 16:52 Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev 25 Noyabr 2020, 16:47 Direktor vəzifəsinə qəbul olanların statistikası AÇIQLANDI 25 Noyabr 2020, 16:42 İşğaldan azad olunmuş şəhər və rayonlarda qələbə tədbirləri keçirilib - FOTO 25 Noyabr 2020, 16:37 Rusiyalı general Azərbaycanın Qarabağdakı qələbəsini ALQIŞLADI: “Ermənilər məni öldürmək istəyirdilər” 25 Noyabr 2020, 16:32
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?