Modern.az

Xocalıya ədalət istəyən futbol fanatları olan komanda  - VİDEO

Xocalıya ədalət istəyən futbol fanatları olan komanda  - VİDEO

25 İyun 2020, 20:49

“Traktor” futbol klubu çılğın azarkeşləri sayəsində tək İranda deyil, Azərbaycanda və Türkiyədə də yaxşı tanınır.

1970-ci ildə yaranan klub adını sponsoru, Təbrizin ən böyük zavodlarından biri olan  Traktordan alıb.

2010-cu ildə klubun 482 min rəsmi azarkeşi olub, təsadüfi deyil ki, “Traktor” hər mövsümdə ən çox tamaşaçıya sahib olan komanda seçilir.
Yarışlarda stadionun demək olar ki, yarısını dolduran soydaşlarımız, yalnız qatı futbol azarkeşi deyil, bir o qədər də, Vətən aşiqidirlər.
Buna görə yarışlarda cənubi azərbaycanlı soydaşlarımız “Biz hara, farslar hara”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” kimi şüarlarla çıxış edirlər.

Təkcə əhalisinin 97 faizə qədəri Azərbaycan türkləri olan Təbrizdə deyil, ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərdə komandanın minlərlə azarkeşi var.

“Traktor” türk dünyasında milli mübarizənin mərkəzinə çevrilib.

Stadion onlar üçün futbol izləməkdən əlavə, haqq səslərini duyurmaq üçün bir məkandır.

Komanda azarkeşləri Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın problemlərini buradan səsləndirirlər.

Azarkeşlər 2010-cu ildəki yarışda Urmiya gölünün qurumasına etiraz kimi “Urmu gölü səslənir, susuzam, haray, haray” şüarını səsləndirmişdi.
Azərbaycan dilində məktəblərin olmaması probleminə diqqət çəkmək üçün isə tez-tez “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarını səsləndirirlər.

Eyni zamanda Qarabağ probleminə dair, erməni işğalına qarşı "Qarabağ bizimdir, bizim olacaq" kimi şüarları da stadionlardan eşitmək olur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür