Modern.az

İlhamə Qasımova ATV-ni ittiham etdi: ““10-lar” verilişi dediklərimi montaj edib”

İlhamə Qasımova ATV-ni ittiham etdi: ““10-lar” verilişi dediklərimi montaj edib”

Mədəni̇yyət

24 May 2012, 17:15


Populyar müğənni İlhamə Qasımova ATV kanalında yayımlanan “10-lar” verilişində aparıcının ünvanladığı suallara verdiyi cavabların ardıcıllığı pozulmaqla, montaj edilərək yayımlandığını bəyan edib.
İ.Qasımova Modern.az-a deyib ki, ailəsi ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirməsi məqsədilə verdiyi cavabların ayrı-ayrı sözləri onun şəxsi həyatında sanki qalmaqal, problem olduğu məzmunda birləşdirilməklə süjet hazırlanıb. Həmin sujet  bu həftənin cərşəmbə axşamı efirə verilərək cərşəmbə günü təkrar yayımlanıb. Müğənni qəti şəkildə bəyan edir ki, “10-lar” verilişində o, şəxsi həyatında problemin olduğunu, ailəsindən ayrıldığı, övladlığa uşaq götürdüyü barədə fikir səsləndirməyib.
Sadəcə müğənni onun barəsində yuxarıda qeyd edildiyi şayələrin dolaşdığını və bunların əsassız, boş söz-söhbət olduğunu dilə gətirib. Söylədiyi fikirlər isə elə montaj olunub ki, sanki müğənni ailəsində bu problemlərin olduğunu söyləyib:


“Mən tamaşaçıları, məni sevənləri, yaxınlarımı qınamıram. Özüm verilişin təkrarına baxanda şoka düşdüm. Şəxsi həyatımda problemin olduğu, ailəmdən ayrıldığım, övladlığa uşaq götürdüyüm barədə yayılan söz-söhbətlərin şayiə olduğunu söylədiyim halda, dediyim sözlər elə montaj edilmişdi ki, sanki mən yuxarıda qeyd edilən şayələrin doğru olduğunu söyləmişəm. Mən verilişdə demişəm ki, şəxsi həyatımla bağlı heç bir açıqlama vermək istəmirəm. Amma aparıcı israr edəndə haqqımda bəzi şaiyələrin dolaşdığını, bunların həqiqətəuyğun olmadığını və birdəfəlik bu söz-söhbətlərə son qoymaq istəyimi bildirmişəm. Çox təəssüf ki, veriliş qalmaqal yaratmaq ücün mənim sözlərimi montaj edərək şəxsi həyatımla bağlı nəinki söz-söhbətlərə son qoydu, əksinə, yeni şaiyələrin dolaşmasına rəvac verdi. Mən bundan ancaq təəssüflənirəm”. 

İ. Qasımova bəyan edir ki, onun şəxsi həyatında, sənətində olduğu kimi  hər şey əladır, öz qaydasındadır. Onu sevənlərin narahatcılığına heç bir əsas yoxdur. Müğənni yeni-yeni uğurlara imza atmaq üçün var gücü ilə calışır. Bu günlərdə müğənni klipi Almaniyada ən yaxşılar nominasiyasına namizəd olduğu üçün həmin mərasimdə iştirak edəcək.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür