Modern.az

Yəhudi və Ukrayna diasporu Azərbaycan diasporu ilə işləməkdə maraqldır - Təşkilat rəhbərləri DANIŞDILAR

Yəhudi və Ukrayna diasporu Azərbaycan diasporu ilə işləməkdə maraqldır - Təşkilat rəhbərləri DANIŞDILAR

Diaspor

5 İyul 2020, 18:02

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin (Əvvəlki adı Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi) yaradılmasının 18 ili tamam olur. Xaricdə fəaliyyət göstərən yəhudi və Ukrayna diaspor təşkilatlarının nümayəndələri Modern.az-a Azərbaycan diasporunun rolundan, xaricdəki fəaliyyətindən və ölkələrlə qarşılıqlı əlaqələrdən söz açıblar.

Texniki elmlər doktoru, professor Vladimir Daniloviç Şifrin uzun illərdir ki, Almaniyada yaşayan yəhudi diaspor təşkilatının üzvüdür. Vladimir Daniloviç Şifrin Azərbaycan və yəhudi diasporları arasında münasibətlərin qarşılıqlı hörmət və dəstəyə əsaslandığını deyib:

“Vurğulamaq istərdim ki, eramızın 610-cu ilindən 950-ci ilinə qədər Xəzər Xaqanlığı mövcud olub. Bu dövləti növbə ilə azərbaycanlı və yəhudi hökmdarlar idarə edib. Ona görə də iki dövlət, iki xalq arasında əməkdaşlığın tarixi əsrlərin dərinliyindən gəlir. İsraildə də çoxsaylı azərbaycanlı icması var. Almaniyaya gəlincə, burada Bakı-Nürnberq Cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyət yerli yəhudi icması ilə sıx əməkdaşlıq edir. Cəmiyyətin keçirdiyi Azərbaycanda alman icmasının 200 illiyi tədbiri, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mərasimlərə bizim icma nümayəndələri də dəvət olunmuşdu. Həmin tədbir 2018-ci il mayın 11-də baş tutmuşdu və yüksək səviyyədə keçirilmişdi.
Bundan başqa, Brüsseldə Qarabağ mitinqi zamanı Bakı-Nürnberq cımiyyətinin sədri Yaşar Musayevin dəvəti ilə yəhudi icmasının üzvləri də iştirak etmişdi. Yəhudi icması olaraq, Ermənistanın hələ də Azərbaycanın 20% torplaqlarını işğal altında saxlmasına etiraz edirdik. Qarabağ birmənalı olaraq Azərbaycan ərazisidir və qeyd-şərtsiz azad olunmalıdır. Azərbaycan və yəhudi icmaları olaraq, birlikdə Qarabağla bağlı həqiqətləri Almaniya cəmiyyətinə çatdırırıq, məlumatlandırırıq. Yeri gəlmişkən, yəhudi və azərbaycanlı icmasının üzvləri olaraq, Yaşar müəllimlə birlikdə elmi fəaliyyətlə məşğuluq, birlikdə texniki təcrübələr aparırıq, korroziyaya qarşı layihələr hazırlayırıq. Bundan başqa, “hidrogen layihə”miz var. Bu layihə ilə ətraf mühiti çirkləndirmədən elektrik enerjisi əldə etməyin yollarını öyrənirik. Həm elmi, həm də diaspor çərçivəsində sıx əməkdaşlıq edirdik. Vurğulamalıyam ki, 1978-ci ildə elmi fəaliyyətimə görə, Azərbaycan SSR Dövlət Mükafatı da qazanmışam. Azərbaycan və yəhudi icmaları olaraq birgə tədbirləri gələcəkdə də davam etdirəcəyik.
Ölkələrimiz arasında gərginlik yaratmaq istəyənlər olsa da, bu cəhdlər nəticəsiz qalıb. Bu gün də, sabah da Azərbaycan –İsrail münasibətləri daim yüksək səviyyədə olacaq. Diasporla İş üzrə Dövlət Komitəsi də yerli Azərbaycan icmalarına dəstək verir. Məsələn, Berlinin Brandenburq qapılarında və Brüsseldə keçirilən Qarabağ mitinqinə Diaspor Komitəsinin, xüsusən onun rəhbəri Fuad Muradovun dəstəyini vurğulaya bilərəm.
Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin rəhbəri Yaşar Musayev də həmişə Diasopor Komitəsindən dəstək aldığını deyir”.

Belarusda yaşayan Ukrayna diasporunun rəhbəri Vladislav Nikolayeviç Kadiro da ikitərəfli diaspor əlaqələrindən söz açıb:

“Hazırda beynəlxalq münasibətlərin ənənəvi faktorlarından, dövlətlərarası münasibətlərdən savayı,  beynəlxalq proseslərin yeni iştirakçıları da ortaya çıxır. Belə faktorlardan biri diaspordur. Müasir dövlətlər arasında əlaqələrin möhkəmlənməsində qlobal diaspor əlaqələri önəmli yer tutur. İstər beynəlxalq, istərsə də daxili siyasətdə diasporun cəmiyyətə təsiri artır. Müasir diasporun təkamülü bir sıra ümumi fərdi özəlliklərə malikdir. Əksər diasporlar sosial katalikizmlər nəticəsində yaranır və 3 mərhələdə inkişaf yolu keçir. İlk mərhələ yaranma dövrüdür ki, bu mərhələdə diaspor təşkilatı inkişaf edir. İkinci dövrü sürətli inkişaf dövrü, üçüncü dövrü isə artıq zəifləməsi ya da şəkil dəyişmə dövrü. Azərbaycan və ukraynalıların diaspor əlaqələri hazırda inkişaf mərhələsindədir. Azərbaycan Ukrayna münasibətlərinin müasir mərhələsi həm siyasi, həm də iqtisadi baxımdan hər iki ölkə üçün böyük önəm kəsb edir. Hər iki ölkənin prezidentləri, Baş nazirləri, fərqli qurum rəhbərləri arasında çoxsaylı görüşlər keçirilir, danışıqlar aparılır. Bu görüşlər, danışıqlar ikitərəfli dostluğun inkişafın qarşılıqlı əməkdaşlığın inkişafında önəmli rol oynayır.
Belarusda yaşayan azərbaycanlılar və ukraynalılar arasında da belə dostluq, isti münasibətlər formalaşıb. Respublika festivallarında, Slavyan bazarı tədbirində və sairə mərasimlrədə hər iki icma aktiv icmalar kimi tanınır. Azərbaycan və Ukrayna diaspor icmalarının ümumi inkişaf istiqamətləri aşağıdakılar:
Ənənələrin qorunub saxlanılması, hüquqi informativ yardımın göstərilməsi, millətlərarası münasibətlərin stabil saxlanılması.
Azərbaycan və Ukrayna diasporları Belarusda önəmli təsirə malikdir. Onlar Belarusun demokrafik və etnik strukturunu dəyişir və dini tərkibinin, adət-ənənələrinin qorunub saxlanılmasında böyük rol oynayır. Həm Ukrayna, həm də Azərbaycan diasporları ölkələrinin hüquqi məsələlərinin həllində,  leqallaşdırılmasında, iş axtarmasında və oxumasında böyük paya sahibdirlər. Diasporlar öz soydaşlarının yeni cəmiyyətdə adaptasiya olunmasında, qanunsuz miqrasiyanın azaldılmasında söz sahibidirlər. Diasporlar mədəni, beynəlxalq humanitar əlaqələrin yaradılmasında da önəmli rol oynayırlar. Azərbaycan diaspor təşkilatları Belarus cəmiyyətinin tədbirlərində daha yaxından iştirak etməklə, ölkəsinin tanıdılmasında fəallıq göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, diaspor təşkilatları Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi sayəsində daha fəaldırlar. Dövlət tərəfindən qayğının nəticəsidir ki, bu gün Azərbaycan diasporu inkişaf yoluna qədəm qoyub”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir