Modern.az

Ağdaşda ağır qəza - 23 yaşlı gənc həyatını itirdi

Ağdaşda ağır qəza - 23 yaşlı gənc həyatını itirdi

Hadisə

14 Oktyabr 2025, 13:38

Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. “Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 23 yaşlı Sərvan Hüseynov ağır xəsarətlər alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!