Modern.az

Bakı şəhərinin həm meriyası, həm də icra hakimiyyəti ola bilər

Bakı şəhərinin həm meriyası, həm də icra hakimiyyəti ola bilər

Ölkə

11 Sentyabr 2009, 14:26

 “Cənubi Qafqazın digər ölkələri kimi Azərbaycanın da paytaxtının merini seçmək vaxtıdır”. Bu bəyanatla Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərinin icraçısı Yan Mikallef Bakıya səfəri ərəfəsində çıxış edib.
Məsələ ilə bağlı Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında bildirib ki, bunun üçün mühitin yetişməsi vacib məqamlardandır: “Şəhər merinin seçilməsi və böyük bələdiyyələrin  yaradılması ilə bağlı fikirlər var. Ancaq belə bir qanunvericilik akti ilə bağlı hazırda bizə hər hansı sənəd daxil olmayıb. Təbii ki, mer seçki yolu ilə müəyyənləşir. Sadəcə olaraq bunun üçün zaman yetişməlidir. Biz Almaniya, Norveç və başqa ölkələrdə olmuşuq. Həmin ölkələrdə bələdiyyələr 20-30 il fəaliyyət göstərəndən sonra böyük bələdiyyələr yaradılıb”.
T.Rzayevin fikrincə, mer seçiləndən sonra icra hakimiyyətləri ləğv olunmaya bilər: “Bilirsiniz, icra hakimiyyətləri idarəetmə strukturudur.  Mer seçilsə belə, bu struktur qalacaq. Bu, bütün ölkələrdə mövcuddur. Amma, hər bir ölkənin müəyyən idaretmə xüsusiyyətləri var. Biz bu xüsusiyyətləri öyrənib, həyata keçirməliyik”.

Emil SALAMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir