Modern.az

Alman mediası cəbhədəki vəziyyətdən yazdı

Alman mediası cəbhədəki vəziyyətdən yazdı

Aktual

14 İyul 2020, 22:36

Almaniyanın “Spiegel” dərgisi, “De.euronews.com”, “Tagesschau.de”, “Nex24.news”, “Greenpeace-magazin.de” portalları Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi hücumu ilə bağlı məqalələr dərc edib.

Modern.az xəbər verir ki, məqalələrdə Ermənistanın daxilində mövcud olan problemlərdən, bu təxribatı törətmək üçün mümkün səbəblərdən bəhs edilir. Ermənistanın bu əməlləri ilə regionda vəziyyəti gərginləşdirdiyi, hər iki tərəfdən itki olduğu diqqətə çatdırılır. Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatı təcavüzkar dövlətin rəhbərliyinin bölgədəki gərginliyi artıran son hərəkətlərinin və bəyanatlarının davamıdır.

Yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından fikirlərə də yer verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı