Modern.az

Xaricdəki azərbaycanlılara hücumlar – Erməni terrorunun yeni dalğası gəlir? - VİDEO

Xaricdəki azərbaycanlılara hücumlar – Erməni terrorunun yeni dalğası gəlir? - VİDEO

24 İyul 2020, 17:49

Məğlubiyyət aqressiyaya, aqressiya isə vəhşiliyə səbəb oldu. Həm cəbhədə, həm də diplomatiyada uduzan ermənilər neytral ölkələrin də qanunlarına tabe olmadan həmyerlilərimizə qarşı təzyiqlər edir, şiddətə əl atırlar.

 

Modern.az xatırladır ki, dünya ölkələrində keçirilən mitinqlərdə azərbaycanlılara hücumlar davam etməkdədir. Erməni təxribatı ilə üzləşən həmyerlilərimizin hücuma məruz qaldığı daha bir ölkə isə Niderland idi. Həmin mitinqdə Azərbaycan səfirliyinin binası önünə toplaşan ermənilərin ASALA terror təşkilatının köynəyini geyinməsi görürük. O terror təşkilatı ki, beynəlxalq səviyyədə tanınır.

Burada hansısa təxribatçı erməninin ASALA köynəyini geyinməsindən daha çox, Amerika və Avropadakı ermənilərin azərbaycanlılara qarşı etdiyi vəhşiliklərin eyni marağa – etnik faşizmə xidmət etməsi bizə bunu deməyə əsas verir.

 

Dinc aksiya zamanı həmyerlilərimizə fiziki xəsarət yetirmək həmin terror təşkilatının, erməni vandalizminin növbəti dalğası deyil mi?

ASALA Türkiyənin diplomatik nümayəndəliklərinə və dinc əhaliyə qarşı terror aktları törədirdi. Bu terror təşkilatı hələ 8 il öncə, Ramil Səfərovun azadlığa buraxılmasından sonra Azərbaycan diplomatlarını və xarici ölkələrdəki azərbaycanlıları ölümlə hədələmişdi.

 

Həmin il 3 sentyabrda Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilmiş və onların qətlə yetiriləcəyi bildirilmişdi.

Eyni vandalizmi isə ermənilər indi müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc əhaliyə qarşı həyata keçirirlər. Eyni xəstəruhlu ideologiya – türklərə nifrət davam etməkdədir.

 

Unutmayaq ki, təxribat sivil şəkildə mübarizə apara bilməyəndə baş verir. Azərbaycan xalqı ilk dəfə deyil ki, ermənilərin çirkin təxribatı ilə üzləşir. 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələrini xatırlamaq kifayətdir.

 

Vandal obrazda olan yeganə tərəf ermənilərdir, azərbaycanlılar yox, onların gerçək kimliklərinin ifşa olunması üçün həmyerlilərimizdən təmkinli olmağı xahiş edirik. Azərbaycanın haqq səsini sivil mübarizəmizlə dünyaya duyuracağıq, biz birlikdə güclüyük əziz həmyerlilərimiz!

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır