Modern.az

Təyyarə qəza enişi etdi

Təyyarə qəza enişi etdi

Aktual

2 Avqust 2020, 20:31

Rusiyada  yüngül mühərrikli təyyarə qəza enişi edib.

Modern.az xəbər verir ki, hadisə  Kalininqrad bölgəsində qeydə alınıb.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən verilən məlumata görə, hadisə zamanı təyyarənin göyərtəsində bir pilot və iki sərnişin olub:

“Moskva vaxtı ilə 15:15-də təyyarənin qəza enişi etdiyi barədə məlumat daxil olub. Hadisə nəticəsində göyərtədə olan 3 nəfərdən heç biri xəsarət almayıb. Pilot və iki sərnişin qəzadan sonra təyyarəni özləri tərk edib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!