Modern.az

Koronavirus bu sayda tələbə və məktəblini təhsilsiz qoyub

Koronavirus bu sayda tələbə və məktəblini təhsilsiz qoyub

5 Avqust 2020, 19:21

Koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozub.

 

Modern.az-ın məlumatına görə, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş iyulun ortalarına olan məlumatlara istinadən söyləyib.

O əlavə edib ki, dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilib: "Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməmişdir. Pandemiyadan əvvəl hətta 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə
uşaqların yalnız dörddə biri lazımi əsas bacarıqları alaraq məktəbi bitirmişdir".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır