Modern.az

Arda Turan yenidən “Qalatasaray”da

Arda Turan yenidən “Qalatasaray”da

Aktual

6 Avqust 2020, 00:06

Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanla keçidini rəsmiləşdirib.

Modern.az xəbər verir ki, son klubu “Başakşəhər” olan Turanla 1+1 illik müqavilə imzalanıb. Futbolçu “sarı-qırmızılar”ın heyətində 66 nömrəli forma ilə çıxış edəcək.

O, hər oyun üçün 200 min Türkiyə lirəsi qazanacaq.


Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi 2004-2011-ci illərdə də “Qalatasaray”da oynayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!