Modern.az

Elmar Qasımov: “Təhsil Nazirliyindən lisenziya aldıq...”

Elmar Qasımov: “Təhsil Nazirliyindən lisenziya aldıq...”

12 İyun 2012, 13:09

Ölkə başçısının 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda yaradılmış Bakı Ali Neft Məktəbinə lisenziya verilib. Bu barədə Modern.az-a Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun bildirib. Onun sözlərinə görə, bu günlərdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun imzaladığı əmrə əsasən, Bakı Ali Neft Məktəbinə kadr hazırlığı aparmaq üçün icazə (lisenziya) verilib.

Bakı Ali Neft Məktəbinin Nizamnaməsi 2012-ci il fevral ayının 29-da Ədliyyə Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatindan keçib.

Beləliklə, 2012-ci ildə ali məktəbə 1-ci ixtisas qrupuna aid olan “Neft-qaz mühəndisliyi” və “Kimya  mühəndisliyi”  ixtisasları üzrə hər birinə 50 nəfər olmaqla tələbə qəbulu elan edilib. 

Mütəxəssis hazırlığı beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmış tədris proqramları əsasında Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Ali məktəbdə təhsil ödənişsizdir və 5-illikdir. Qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Tələbələrə 1-ci tədris ilində intensiv şəkildə “İngilis dili” və “Kompyuter və informasiya-kommunikasiya texnologiyaları” fənləri tədris ediləcək, sonrakı 4 il ərzində isə onlar ingilis dilində müasir tədris texnologiyalarının tətbiqi ilə ixtisas təhsili alacaqlar. Məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək, onlar Neft Şirkətinin ölkədəki və xaricdəki müəssisələrində zəmanətli və yüksək əməkhaqlı işlə təmin olunacaq, təhsildə fərqlənənlər gələcəkdə magistraturada və doktoranturada təhsillərini davam etdirmək imkanları əldə edəcəklər.      

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü