Modern.az

Mərdəkan çimərliyində bir nəfər boğuldu

Mərdəkan çimərliyində bir nəfər boğuldu

20 Avqust 2020, 22:26

Bakının Xəzər rayonu ərazisində bir nəfər dənizdə batıb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...