Modern.az

BMT-dən bədbin PROQNOZ: Dünyanı dəhşətli aclıq gözləyir

BMT-dən bədbin PROQNOZ: Dünyanı dəhşətli aclıq gözləyir

Aktual

22 Avqust 2020, 20:20

Koronavirus pandemiyasının nəticələri dünyanı dəhştəli aclığa sürükləyə bilər.

Modern.az xəbər verir ki, belə bir qorxulu proqnoz Ümumdünya Ərzaq Proqramının (ÜƏP-BMT sisteminə daxildir) rəhbəri Devid Bisli tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, pandemiyanın nəticələrinin yumşaldılması məqsədilə humanitar fəaliyyətin aparılması üçün təşkilata qarşıdan gələn yarım il ərzində ən az 5 milyard dollar pul lazımdır.

“Əlimizdə olan məlumatlar, o cümlədən dünya əhalisində ərzağa ehtiyac duyan insanların 80% artması (140 milyondan 270 milyona qədər) bizə əsl fəlakətin qarşıda olduğunu bildirir. Biz indi əsl qiyamət ssenarisi iə üz üzə qalmaq riski ilə üzləşmişik”, - deyə D.Bisli qeyd edib.

ÜƏP rəhbəri başçılıq etdiyi təşkilatın hazırda əsas vəzifəsinin 2020-ci ildə 138 milyon insana ərzaq yardımı götürməkdən ibarət olduğunu söyləyib. Bunun üçün isə yaxın 6 ay içində 4,9 milyard dollar lazımdır. “Bu məbləğ bizə 83 ölkədə humanitar fəaliyyət göstərə biləcəyimizə kömək edəcək”, - deyə o bildirib.

Məlum olduğu kimi, hazırda koronavirusa pandemiyasından ölənlərin sayı artıq 800 mini keçib. Ümimilikdə isə dünyada 23 milyon 120 mindən çox insan infeksiyaya yoluxub. (Musavat.com)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...