Arxiv
24 Avqust 2020, 18:28 | MÜSAHİBƏ
Vitse spiker: “Neqativ hallara qarşı mübarizə inkişafımızın təməl prinsipidir” - MÜSAHİBƏ

Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevlə Modern.az-a ölkə həyatında baş verən ictimai-siyasi proseslərlə bağlı müsahibə verib. Aşağıda həmin müsahibənin mətnini diqqətinizə çatdırırıq.

 

- Adil müəllim, ilk olaraq Sizə sualımız ondan ibarətdir ki, Milli Məclis deputatlarının məzuniyyətdə olmasına baxmayaraq, mütəmadi olaraq vətəndaşları qəbul edirsiniz və tədbirlər təşkil edirsiniz, bu barədə nə deyə bilərsiniz?

 

-  İlk növbədə onu qeyd etmək lazımdır ki, istirahətdə və işdə olmağımızdan asılı olmayaraq, bizim vəzifəmiz vətəndaşlarla mütəmadi olaraq görüşmək, onlarda narahatlıq yaradan problemlərin birbaşa həllini həyata keçirməkdir. Qeyd edim ki, Milli Məclisdə iclasların çoxluğu, xüsusilə pandemiya səbəbindən vətəndaşların yalnız onlayn rejimdə qəbulunu həyata keçirdik. Nəzərə alsaq ki, mən artıq 4-cü dəfədir ki, 20 saylı Nərimanov 2-ci seçki dairəsindən millət vəkili seçilmişəm, demək olar ki, seçiçilərimin artıq bir çoxunu şəxsən tanıyıram, çətinliklərinin həllində birbaşa olaraq iştirak etmişəm və bu səbəbdən də deyə bilərəm ki, onlarla onlayn rejimdə görüşməyimizdən asılı olmayaraq, seçiçilərimin hər biri onları narahat edən problemləri mənə çatdırırlar.

Lakin, bu çağırışdan etibarən, həmçinin Milli Məclis Sədrinin müavini vəzifəsini tutduğum üçün yalnız təmsil etdiyim dairədən deyil, ölkəmizin müxtəlif rayonlarından müraciətlər gəlir və biz də bacardığımız qədər həmin çətinliklərin həlli ilə məşğuluq. Burada xüsusilə bir halı qeyd etməyi zəruri hesab edirəm ki, bir çox lokal problemlərin artıq yerindəcə həll olması çox müsbət tendensiyadır.

 

- Adil müəllim, Siz keçən ay Tovuz hadisələr ilə bağlı sərhəddə təxribat baş verən kimi dərhal ora səfər etdiniz. Sonradan bu barədə kifayət qədər yerli və xüsusilə xarici mətbuatda çıxışlarınız oldu. Bu barədə nə deyə bilərsiniz?

 

- İlk növbədə bir məsələni dəqiqləşdirmək lazımdır ki, Ermənistan tərəfi bu gün siyasi və iqtisadi tənəzzüldədir, hakimiyyət müəyyən qisim şəxslərin əlindədir. Lakin, düşmən düşdüyü vəziyyəti qəbul etmir, öz təcavüzkar siyasətini davam etdirir. Qeyd olunanların fonunda biz bunu aydın şəkildə görürük. Həmin hücumla əlaqədar bir neçə deputat həmkarlarımla birlikdə Tovuz rayonuna getdik və orda hərbi qulluqçularımızı və şəhid ailələrini ziyarət etdik.

Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin VI çağırış Milli Məclisin ilk iclası zamanı proqram xarakterli nitqində xüsusilə millət vəkillərini beynəlxalq arenada fəal olmağa çağırmışdır. Bu səbəbdən də, təkcə mən yox, digər həmkarlarım da dünyanın müxtəlif mətbuat orqanlarında Ermənistanın təcavüzünü işıqlandırdıq, Ermənistan tərəfinin beynəlxalq hüququn hamılıqla qorunan normalarını necə pozmasını və BMT Təhlükəsiz Şurasının qəbul etdiyi qətnamələrin bugünə qədər icra etməməsini bildirdik.

Təbii ki, bu sahədə aparılan işin nəticəsidir ki, son hadisələrlə bağlı hazırladığımız məqalə 6 dilə tərcümə edildi və dünyanın 25 ən nüfuzlu media orqanlarında yayımlandı. Habelə, bu ay fürsətdən istifadə edərək şəhidlərimizin xatirəsinin yad edilməsi məqsədilə həmyerlilərimiz, Türkiyədən və digər ölkələrdən olan iştirakçılıqlar ilə Almaniyanın Köln şəhərində böyük bir tədbirimiz baş tutdu. Tədbirdə Ermənistan tərəfinin ölkəmizə təcavüzü, ərazilərimizin işğal edilməsindən söhbət açıldı və sonuncu dəfə 12 iyul tarixində düşmənin həyata keçirdiyi əməliyyat barədə iştirakçılara geniş məlumat verdik. Bildirmək istəyirəm ki, istər orda yaşayan həmyerlilərimiz, türklər, almanlar və digər millətlərin nümayəndələri qeyd olunan fikirləri dəstəklədilər. Bunun isə yeganə səbəbi odur ki, bütün dünya artıq Ermənistanı işğalçı dövlət kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyünü qəbul edir.

 

- Hazırda ölkəmizdə karantin rejimi tətbiq edilir, təəssüflər olsun ki, bu rejimin tələbləri vəzifəli şəxslər tərəfindən pozulur, Siz isə qeyd olunan hallar barədə hər kəsdən əvvəl öz mövqeyini bildirirsiniz, bu barədə nə demək istəyərsiniz?

 

- Bildiyimiz kimi xəstəliyin yayılması, bütün dünyada olduğu kimi bizim üçün də müəyyən çətinliklər yaratdı. Lakin qısa müddət ərzində vəziyyət ciddi nəzarət altına alındı, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və proseslər idarə edildi. Aparılan uğurlu işlərin məntiqi nəticəsidir ki, vəziyyət stabildir və yoluxmaların sayı sabitləşir. Lakin, biz yenə də arxayın olmamalı üzərimizə düşən vəzifələri dərk etməli və karantin qaydalarına ciddi şəkildə riayət etməliyik. O ki, qaldı qaydalara riayət etməyən şəxslərə, gördüyümüz kimi onların hamısı cəzalanır, kimliyindən və tutduğu mövqeyindən asılı olmayaraq. Bildiyiniz kimi uzun illər hüquq mühafizə orqanlarında işləmişəm və daim tez-tez xatırladığım Ulu Öndər Heydər Əliyevin bir sözü var idi: “Dövlət iki şeydən sarsıla bilər, günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda.” Təbii ki, bu gün günahkarlar layiq olduğu cəzaları alırlar və bu belədə olmalıdır.

 

- Keçmiş həmkarınızın həbs olunması, habelə Abel Məhərrəmovun və Siyavuş Novruzovun cərimələnməsi, sonuncuya Yeni Azərbaycan Partiyası tərəfindən töhmət verilməsi və bu gün Pariyada tutduğu vəzifədən azad olunması barədə nə deyə bilərsiniz?

 

-  Baş verən hadisə, ümumiyyətlə, xoşagəlməz bir haldır. Bugünki, müstəqil Azərbaycanın əsasını Ulu Öndər qoyub və onun siyasi kursu çox uğurlu bir şəkildə davam etdirilir. Kimsə aparılan bu böyük işlərə kölgə salmağa cəhd belə etməməlidir, əgər özünü qanundan üstün sayırsa bu barədə cəzalarını almalıdırlar. O ki, qaldı S.Novruzova ona verilən intizam tənbehi bu Partiyanın səlahiyyətlərinə aid olan məsələdir. Heç bir halda karantin qaydalarının tələbləri pozulmamalı idi. Habelə karantin qaydalarının tələbini pozanların cəzalandırılması ilə əlaqədar ilk çağırış edənlərdən biri mən oldum və bir daha bildirirəm ki, kimsə dövlətə gücünü göstərə bilməz, ən böyük güc dövlətimizə, Ulu Öndərin siyasi kursuna sadiqlikdir. Əgər özünü qanundan üstün hesab edib bir tədbir təşkil edirsənsə, yalançı mədhiyyələrə yer verirsənsə, bilməlisən ki, etdiklərivə görə mütləq cəza alacaqsan.

Dövlət məmurunun özünü apara bilməməsi, bu həqiqətən ciddi problemdir, yeni təyin olunan icra hakimiyyəti başçılarının qəbulu zamanı ölkə başçısı tərəfindən söylənilən bu fikir bir daha təsdiq edir ki, heç kəs özünü qaydalardan üstün tuta, inkişafımıza maneə ola bilməz. Məni sevindirən hallardan biri də odur ki, bu gün Milli Məclisdə təmsil olunan deputatlarımızın çoxu karantin qaydalarına riayət etməkdə nümunədirlər.

Eyni zamanda bütün sahələrdə gənc və vətənpərvər kadrların irəli vəzifələrə çəkilməsi, onlara göstərilən etimad və bütün neqativ hallara qarşı aparılan mübarizə inkişafımızın təməl prinsipidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu obyektlərdə gigiyena tələbləri pozuldu 25 Noyabr 2020, 20:40 Maradona vəfat etdi 25 Noyabr 2020, 20:23 Teledərslərin sabaha olan CƏDVƏLİ 25 Noyabr 2020, 20:15 Bu şəxslərə xidməti pasport verilməyəcək 25 Noyabr 2020, 20:10 Konstitusiya Məhkəməsi Milli Məclisə müraciət etdi 25 Noyabr 2020, 20:03 Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq 25 Noyabr 2020, 19:44 Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib 25 Noyabr 2020, 19:37 Ermənistan prezidentinin eks-köməkçisindən Qarabağ AÇIQLAMASI 25 Noyabr 2020, 19:30 27 illik həsrətə son – Kəlbəcərli qonaqlarla müzakirə - VİDEO 25 Noyabr 2020, 19:18 Bakıda qəza: Yolda sıxlıq var 25 Noyabr 2020, 19:02 DYP-dən sürücülərə MÜRACİƏT 25 Noyabr 2020, 18:48 Xocalı və Xocavəndin bu kəndlərinin adı dəyişdirildi 25 Noyabr 2020, 18:40 Azərbaycanda daha 3469 nəfər virusa yoluxdu - 30 nəfər öldü 25 Noyabr 2020, 18:27 Siyasi partiyalar Fransa ilə bağlı bəyanat YAYDI 25 Noyabr 2020, 18:20 Kamran Əliyevin yerinə yeni TƏYİNAT oldu 25 Noyabr 2020, 18:11 Dünya çempionu Qarabağda şəhid oldu 25 Noyabr 2020, 18:06 Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı 25 Noyabr 2020, 18:04 Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü 25 Noyabr 2020, 18:03 Naftalanda QTA-nin nümayəndələri növbəti dəfə birgə reyd keçiriblər 25 Noyabr 2020, 17:57 Azay Quliyev seçicilərlə videogörüş keçirib 25 Noyabr 2020, 17:52 Gəncədə mənzildə meyit tapıldı 25 Noyabr 2020, 17:46 “Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışdı 25 Noyabr 2020, 17:40 Şuşada 27 ildən sonra ilk taksimiz - VİDEO 25 Noyabr 2020, 17:34 Milli Qəhrəmanlar Kəlbəcərin alınmasını ŞƏRH ETDİLƏR 25 Noyabr 2020, 17:28 Hökumət ürəyindən qəlpə yarası alan hərbçiyə ev tikəcək 25 Noyabr 2020, 17:22 AZAL işğaldan azad edilmiş ərazilərdəki hava limanları ICAO reyestrinə daxil edəcək 25 Noyabr 2020, 17:16 Lal, kar, kor dünyanın gözləri qarşısında AZƏRBAYCAN adlı Zəfər 25 Noyabr 2020, 17:10 Lənkəranda 5 min ədəd limon meyvələri oğurlandı 25 Noyabr 2020, 17:05 Nəzakət Teymurovanın “Əsgərə məktub”u 25 Noyabr 2020, 17:00 Məhkəmə keçmiş icra başçısı ilə bağlı QƏRAR VERDİ 25 Noyabr 2020, 16:56 Naftalanda  itkin düşən şəxs axtarılır 25 Noyabr 2020, 16:52 Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev 25 Noyabr 2020, 16:47 Direktor vəzifəsinə qəbul olanların statistikası AÇIQLANDI 25 Noyabr 2020, 16:42 İşğaldan azad olunmuş şəhər və rayonlarda qələbə tədbirləri keçirilib - FOTO 25 Noyabr 2020, 16:37 Rusiyalı general Azərbaycanın Qarabağdakı qələbəsini ALQIŞLADI: “Ermənilər məni öldürmək istəyirdilər” 25 Noyabr 2020, 16:32
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?