Modern.az

Nazirlikdən təqdirəlayiq addım - Canlı yayım

Nazirlikdən təqdirəlayiq addım - Canlı yayım

Aktual

25 Avqust 2020, 16:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi Facebook səhifəsində “Ekspert saatı” adlı maraqlı və eyni zamanda çox faydalı layihəyə başlayıb.

 

Modern.az xəbər verir ki, nazirliyin mütəxəssisləri canlı yayım vasitəsilə facebook istifadəçilərinin suallarını cavablandırır.

 

Hazırda nazirlik Facebook üzərindən növbəti canlı yayımını edir. “Ekspert saatı” verilişinin bugünkü qonağı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədir. Hazırda o, canlı yayımda ətraf mühitin mühafizəsi sahəsində mövcud problemlərlə bağlı facebook istifadəçilərinin suallarını cavablandırır və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verir.

 

Qeyd edək ki, nazirlik keçən həftədən etibarən facebook üzərindən “Ekspert saatı” verilişinin canlı yayımını təşkil edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı