Modern.az

“Hollywood”da məclis təşkil edənlər 400 manat cərimələndi

“Hollywood”da məclis təşkil edənlər 400 manat cərimələndi

28 Avqust 2020, 13:04

Ölkədə tətbiq olunan karantin rejimi qaydalarına zidd olaraq paytaxt ərazisində yerləşən “Hollywood” restoranında məclis təşkil edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə götürülüb.

 

Modern.az xəbər verir ki, aparılan araşdırmalarla 5 nəfərlik məclisin adıçəkilən restoranda deyil, Nəsimi rayonundakı ofisdə onun icarədarı tərəfindən təşkil edildiyi məlum olmuşdur. Məclisin təşkilatçısı və iştirakçıları müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. 

 

Belə ki, ofisin icarədarı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs edilmiş, digər 4 nəfər isə 400 manat cərimə olunmuşdur.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...