Ali və orta təhsil müəssisəsində çalışanların bəzi səbəblərə görə cərimə olunması nəzərdə tutulur.
Modern.az-ın məlumatına görə, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanununda öz əksini tapıb.
Belə ki, təqdim edilmiş qanun layihəsi 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar hazırlanıb. Həmin Qanunun 27-ci maddəsi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik şəxslərin, eləcə də bu fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin dairəsini müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə edilən dəyişiklik qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinin adında və dispozisiyasında edilən dəyişiklik isə həmin maddənin “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədilə hazırlanıb.
Maddə 192.12. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə- vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə, ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun” dövlət elektron məlumat sistemlərinə qoşulmaması və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsi Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə, ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun” dövlət elektron məlumat sistemlərinə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə - vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.