Modern.az

Məlahət İbrahimqızı: “Xaricdəki söyüşcül ünsürlər çoxdan mühakimə olunmalıydılar”

Məlahət İbrahimqızı: “Xaricdəki söyüşcül ünsürlər çoxdan mühakimə olunmalıydılar”

Aktual

8 Sentyabr 2020, 12:51

Xəbər verdiyimiz kimi, Baş Prokororluq hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış, Azərbaycan dövləti əleyhinə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edən Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı və digərlərini beynəlxalq axtarışa verib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında bildirib ki, həmin şəxslər “söyüş kampaniyası” təşkil etməklə gündəmə gəliblər və onların nəhayət qanun qarşısında mühakimə olunacağına əmindir:


“Ölkənin nüfuzlu şəxslərinə qarşı “söyüş kampaniyası” aparılır. Bununla əlaqədar olaraq Baş Prokurorluğun milli dəyərlərimizə, mənəviyyətimizə, əxlaqımıza zidd və ləkə olan bir qrup azərbaycanlının respublikamıza gətirilməsi məqsədilə beynəlxalq axtarışa verməsi çox təqdirəlayiqdir. Şərəf və ləyaqətə qarşı cinayət törədən bu insanların ən qısa zamanda Azərbaycana gətiriləcəyinə, onların qanun qarşısında mühakimə olunaraq cavab vermələrinin təmin olunacağına əminik”.

 
Deputatın sözlərinə görə, əslində, hüquq- mühafizə orqanları bunu çoxdan etməli idi:


“Bu ünsürlər törətdikləri çirkin əməllərlə xalqımızın da dünyada imic və nüfuzuna ciddi ləkə vururdular. Sosial şəbəkələr vasitəsilə ictimaiyyət  qarşısında təhqir və söyüşü özlərinə siyasi mübarizə vasitəsi seçən bu ünsürlər xalqımızın milli dəyərlərinə ağır zərbə vururdular. Mərifət və tərbiyənin nə olduğunu bilməyən bu insanlar cəmiyyətin bütün kəsimləri üçün utancdır. Hesab edirəm ki, onlar təkcə qanun qarşısında cavab verməli deyillər, həm də ictimaiyyət tərəfindən də mühakimə olunmalıdır”.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı