Modern.az

“Rayonlarda həkim çatışmazlığı var” - Deputat

“Rayonlarda həkim çatışmazlığı var” - Deputat

Aktual

10 Sentyabr 2020, 12:10

“Təklif edirəm ki, rayonlarda işləmək istəyən tələbələr üçün Azərbaycan Tibb Universitetində təhsil pulsuz olsun”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Məşhur Məmmədov deyib. 

 

Onun sözlərinə görə, təhsilini başa vurub rayonda işləmək istəyənlərə şərait yaradılmalıdır:

 

“Rayonlarda həkimlərlə bağlı müəyyən çatışmazlıqlar var. Regionda həkimlərin sayının artırılması üçün addım atmasaq inanın ki, əhalinin paytaxta köçü daha da artacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı