Azərbaycan Respublikasının İsveçdəki səfirliyində çalışan diplomatik heyətin geri çağırıldığı barədə bəzi KİV-lərdə xəbər yayılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi yayılan xəbərlə bağlı Modern.az-ın sorğusuna cavab verib.
“Azərbaycanın İsveçdəki diplomatik nümayəndələrinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizin İsveç Krallığındakı Səfirliyinin əməkdaşları bu ölkədəki diplomatik fəaliyyətlərini davam etdirirlər”.