Modern.az

Deputat incəsəntin digər daşıyıcılarından  vergi verilməsini tələb etdi

Deputat incəsəntin digər daşıyıcılarından  vergi verilməsini tələb etdi

Aktual

17 Sentyabr 2020, 16:36

“Biz hələ ki ancaq müğənnilərdən vergi tələb edə bilirik. İncəsənətin digər daşıyıcılarından vergi tələb edə bilmirik və bu sahədə ortaya müxtəlif problemlər çıxır”.

 

Modern.az xəbər verir ki, bunu deputat Nizami Cəfərov parlamentin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deyib.

 

O qeyd edib ki, elə etmək lazımdır ki, muzeylər, mədəniyyət abidələri gəlir gətirsin:

 

“Bununla bağlı təcrübəmiz var. Ən xırda detalları ilə bu gün bizim mədəniyyət abidələrimiz qorunmalıdır. İncəsənət əsərini bazara mütəxəssis çıxarmalıdır”.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı