Modern.az

Sahibə Qafarova Senatın sədri ilə danışdı

Sahibə Qafarova Senatın sədri ilə danışdı

29 Sentyabr 2020, 16:00

Milli Məclisin Sədri Sahibə Qafarova ilə Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani arasında telefon danışığı olub.

 

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, telefon danışığı zamanı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar müzakirə olunub.

 

Spiker bildirib ki, 27 sentyabr tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması işğalçı ölkə və onun hərbi-siyasi rəhbərliyi tərəfindən qəsdən və hədəflənmiş şəkildə həyata keçirilmiş təxribatdır.

 

Milli Məclisin Sədri mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananların olduğunu pakistanlı həmkarının diqqətinə çatdırıb. Spiker xüsusi olaraq qeyd edib ki, vəziyyətin gərginləşməsinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır