Modern.az

“Bəzi tikinti şirkətləri gecə saatlarında da işləyirlər” - Məlahət İbrahimqızı 

“Bəzi tikinti şirkətləri gecə saatlarında da işləyirlər” - Məlahət İbrahimqızı 

Aktual

30 Sentyabr 2020, 12:53

Gecə saatlarında bəzi tikinti şirkətləri yeni binalarda iş aparır və bu da insanları narahat edir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat  Məlahət İbrahimqızı “ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

O bildirib ki, eyni zamanda Nəsimidə yeni tikilən binalar bir-birinə çox yaxındır:

 

“Az qala əlini uzatsan, o biri eyvana çatır. Bu tənzimlənməlidir. Bununla bağlı mən Nəsimi rayon İcra hakimiyyətinə və Şəhərsalma və Tikinti İdarəsinə də müraciətlər etmişəm”.

 

M.İbrahimqızı cəbhə bölgəsində yaşayan insanlarla bağlı da təklif səsləndirib:

 

“Bu gün cəbhə bölgələrində yaşayan insanlar günümüzün qəhrəmanlarıdır. Onlarla bağlı təklif edirəm ki, qanunvericilikdə xüsusi imtiyazlar yaradılsın. Bu gün onlar atılan güllənin qarşısındadır”

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı