«Fransa kimi bir dövlətin başçısı olan Makron düşünməlidir ki, vaxtilə bu dövlətin De Qoll kimi rəhbəri olub və onun Azərbaycana qarşı münasibəti, mübarizəyə qarşı münasibəti nə cür olub. Eyni zamanda, Fransa ilə Azərbaycan xalqları arasında daim dostluq şəraitində bir çox addımlar atılıb».
Modern.az xəbər verir ki, bunu parlamentin iclasında deputat Arzu Nağıyev deyib.
O xatırladıb ki, ulu öndər Heydər Əliyev müstəqillikdən sonra ilk səfərini Fransaya edib:
«Bu gün Azərbaycanla Fransa arasında çox ciddi neft müqavilələri var və Fransa bütün bunları nəzərə almalıdır. Bütün bunların fonunda Makronun tutduğu mövqe heç bir beynəlxalq normaya uyğun deyil. Sadəcə olaraq ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə deyil, daha da qızışdırılmasına, status-kvonun saxlanmasına gətirib çıxaran bəyanatlar verdilər. Ona görə də ATƏT-in Minsk Qrupunun formatına yenidən baxılmalıdır və Fransa bu məsələlərə özünün ciddi münasibətini bildirməlidir»